Sudanda vətəndaş müharibəsi öz şiddəti ilə davam edir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ordu ilə döyüşən HDK üsyançıları ordunun nəzarətində olan əyalətə hücum edib.
Hücum zamanı 1 elektirik stansiyasına, 1 yanacaq deposuna zərbələr endirilib. Zərbələr PUA-lar vasitəsi ilə endirilib.
BMT-nin hesabatına görə Sudanda baş verən vətəndaş müharibəsi ölkənin insfraturuktuna ciddi ziyan vurub. Vətəndaş müharibəsi səbəbi ilə ölkədə 11 milyon insan qaçqın vəziyyətinə düşüb. 4 milyon insan isə ölkədən qaçıb.
//Nəzər.Media
