Dünən milli komandanın 2026 Dünya Çempionatının Seçmə mərhələsindəki oyunları ilə əlaqədar yaranmış fasilədən sonra Azərbaycan Premyer Liqasında VIII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər stadionu”n “Karvan-Yevlax”ı qəbul edəcək. “Kimyaçılar” bu oyunda növbəti qələbələrini qazanmağa çalışacaq. Yevlax təmsilçisi isə bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək.Hakim Rəvan Həmzəzadənin idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:
“Sumqayıt”ın start heyəti:
1. Mehdi Cənnətov (GK)(C)
6. Rauf Rüstəmli
75. Nadir Orucov
19. Roi Kehat
9. Aleksandr Ramalinqom
14. Pedro Pinto
72. Rayan Senhadji
23. Ronaldo Vaskez
71. Masaki Murata
80. Keffel Resende
11. Aleksa Yankoviç
“Sumqayıt”ın ehtiyat oyunçuları:
22. Xəyal Fərzullayev(GK)
56. Aftandil Arixov
3. Höccət Haqverdi
7. Rüstəm Əhmədzadə
8. Səbuhi Abdullazadə
21. Nihad Əhmədzadə
66. Ruslan Əliyev
97. Vüsal Paşayev
10. Nikola Ninkoviç
25. Abdul Raşid Mumini
“Sumqayıt”ın baş məşqçisi: Saşa İliç
“Karvan-Yevlax”ın start heyəti:
1. Kamran İbrahimov(GK)
6. Vadim Abdullayev (C)
33. Eltun Turabov
42. İbrahim Qədirzadə
20. Coy Sleyd Mikels
2. Şakil Sno
19. Tompson Qavi
3. Said İranxan
8. Peter Kinqs
21. İmani Barker
4. Olavale Doyeni
“Karvan-Yevlax”ın ehtiyat oyunçuları:
25. Əmrah Bulud(GK)
7. Araz Abdullayev
32. Elvin Yunuszadə
18. Süleyman Əhmədov
13. Vüsal Məsimov
22. Qabil Əlizadə
14. Uğur Cahangirov
77. Əli Abdullayev
12. Vitor Roşa
11. Kayl Spens
37. Mois Nqvisani
10. Samuel Durrant
“Karvan-Yevlax”ın baş məşqçisi:Azər Həşimov
Turun sonuncu görüşləri Bazar günü baş tutacaq. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Bank Respublika Arena”da “Sabah” “Zirə”ni qəbul edəcək. “Bayquşlar” doğma meydanda növbəti qələbələrini qazanmağa çalışacaq. “Mavi qartallar”da Masazırda üç xal üçün mübarizə aparacaq.
Günün və turun sonuncu qarşılaşmasında “Neftçi” “Palms Sports Arena” “Araz-Naxçıvan”ı qəbul edəcək. “Ağ-qaralar” meydana üç xal üçün çıxacaq. Muxtar Respublika təmsilçisi də bu oyunda üç xal qazanmağı hədəfləyəcək.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turuna dünən start verilib. Açılış günündə iki qarşlaşma baş tutub.
Günün və turun ilk oyununda “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Artıq oyunun 11-ci dəqiqəsində “Şamaxı” Sezar Enrikenin qolu ilə hesabı açıb-“Şamaxı”-“Kəpəz”-1:0. Oyunun 34-cü dəqiqəsində Fərid Nəbiyev “Kəpəz”in bərabərlik topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-1:1. Oyunun 39-cu dəqiqəsində Fərid Nəbiyev dubl edərək özünün və “Kəpəz”in ikinci topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-1:2. Oyunun 45+1-ci dəqiqəsində “Şamaxı” azlıqda qalıb. Komandanın heyətində Abdullahi Şuaybu qırmızı vərəqə alaraq meydandan qovulub-“Şamaxı”-“Kəpəz”-1:2. İlk hissə “Kəpəz”in 1:2 üstünlüyü ilə başa çatıb. Oyunun 67-ci dəqiqəsində Luis Paçu “Kəpəz”in üçüncü topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-1:3. Oyunun 85-ci dəqiqəsində Luis Paço dubla imza ataraq özünün ikinci komandasının dördüncü topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-1:4. Bu oyunda vurulan son qol olub və “Kəpəz” mövsümdə ilk qələbəsini reallaşdırıb.
Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Azərsun Arena”da “Qarabağ”ı qəbul edib.Artıq oyunun 40-cı dəqiqəsində “Turan Tovuz” Alexandro Serrano penaltidən qolu ilə hesabı açıb-“Turan Tovuz”-“Qarabağ”-1:0. İlk hissə “Turan Tovuz”un 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 55-ci dəqiqəsində “Qarabağ” Nəriman Axundzadənin qolu ilə hesabı bərabərləşdirib-“Turan Tovuz”-“Qarabağ”-1:1. Oyunun 63-cü dəqiqəsində Abdullah Zubir “Qarabağ”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Turan Tovuz”-“Qarabağ”-2:1.Bu oyunda vurulan son qol oldu “Qarabağ” matçdan 1:2 qalib ayrıldı.
Bu gün bir qarşılaşma baş tutub.
Bu görüşdən əvvəl “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Qəbələ”ni qəbul edib. Artıq oyunun 43-cü dəqiqəsində “Qəbələ” Domi Massumonun qolu ilə hesabı açıb-“İmişli”-“Qəbələ”-1:0. Görüşün ilk hissəsi 0:1 “Qəbələ”nin xeyrinə başa çatıb. Oyunun 47-ci dəqiqəsində İbrahim Sanqare “Qəbələ”nin ikinci topuna imza atıb-“İmişli”-“Qəbələ”-0:2. Oyunun 74-cü dəqiqəsində Ronaldo de Souza “İmişli”nin qoluna imza ataraq hesab arasındakı fərqi azaldıb-“İmişli”-“Qəbələ”-1:2.Oyunun 80-ci dəqiqəsində Dioqo Almeyda “İmişli”nin ikinci topuna imza atraq hesabı bərabərləşdirib-“İmişli”-“Qəbələ”-2:2. Bu görüşdə vurulan son qol oldu və tərəflər hərəyə iki dəfə fərqlənməklə bir xala qane oldular.
