Bu gün futbol üzrə Azərbaycan milli komandasının 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyi oyunlarla əlaqdar yaranmış fasilədən sonra Azərbaycan Premyer Liqasında XII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Qarabağ”ı qəbul edəcək. “Kimyaçılar” bu oyunda çətin səfər ərəfəsində olan “Qarabağ”a ən azından məğlub olmamaq haqqında düşünəcək. “Köhlən atlar” isə çətin səfər ərəfəsində çox güc işlətmədən qələbə qazanmaq haqqında düşünüəcək. Hakim Fərid Hacıyevin idarə edəcəyi qarşlaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:
“Sumqayıt”ın start heyəti:
1. Mehdi Cənnətov(GK)
3. Höccət Haqverdi
7. Rüstəm Əhmədzadə
8. Səbuhi Abdullazadə (C)
9. Aleksandr Ramalinqom
14. Pedro Pinto
72. Rayan Senhadji
71. Masaki Murata
80. Keffel Resende
11. Aleksa Yankoviç
25. Abdul Raşid Mumini
“Sumqayıt”ın ehtiyat oyunçuları:
22. Xəyal Fərzullayev(GK)
56. Aftandil Arixov
6. Rauf Rüstəmli
21. Nihad Əhmədzadə
75. Nadir Orucov
66. Ruslan Əliyev
37. Nihad Orucəli
97. Vüsal Paşayev
19. Roi Kehat
10. Nikola Ninkoviç
23. Ronaldo Vaskez
95. Nsana Simon
“Sumqayıt”ın baş məşqçisi: Saşa İliç
“Qarabağ”ın start heyəti:
99. Mateus Koxalski(GK)
13. Bəhlul Mustafazadə
27. Toral Bayramov
10. Abdullah Zubir (C)
81. Kevin Medina
2. Mateus Silva
9. Joni Montiel
15. Leandro Andrade
35. Pedro Bikalyo
11. Emmanuel Addai
17. Kamilo Duran
“Qarabağ”ın ehtiyat oyunçuları:
97. Fabian Buntiç(GK)
55. Bədavi Hüseynov
30. Abbas Hüseynov
77. Ramil Şeydayev
44. Elvin Cəfərquliyev
22. Musa Qurbanlı
7. Nəriman Axundzadə
8. Marko Yankoviç
3. Sami Mmae
18. Dani Bolt
6. Kris Kuaku
21. Aleksey Kaşuk
“Qarabağ”ın baş məşqçisi: Qurban Qurbanov
Turun digər görüşləri Şənbə və Bazar günü keçiriləcək. Şənbə günü iki qarşılaşma baş tutacaq.
Şənbə günü ilk olaraq “Araz-Naxçıvan” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. Muxtar Respublika təmsilçisi bu matça qələbə üçün çıxacaq. “Boz qurd”da matçda üç xal qazanaraq mövqeyini qorumağa çalışacaq.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stdadionu”nda “Qəbələ”ni qəbul edəcək. “Mavi qartallar” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. “Qəbələ” isə ən azından məğlub olmamaq haqqında düşünəcək.
Turun digər görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Şamaxı”nı qəbul edəcək. “Bayquşlar” bu oyunda üç xal qazanmağa çalışacaq. “Şamaxı” isə bu oyunda ən azında məğlub olmamaq haqqında düşünəcək.
Günün və turun sonuncu oyununda “Neftçi” Palms Sports Arena”da “İmişli”ni qəbul edəcək. “Ağ-qaralar” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. “İmişli” isə mövsümdə ikinci dəfə “Neftçi”dən alamağa çalışacaq.
Bu gün bir qarşılaşma baş tutub.
Bu görüşdən əvvəl “Karvan-Yevlax” “Yevlax Şəhər Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Artıq oyunun 14-cü dəqiqəsində “Kəpəz” Luis Paçunun qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Kəpəz”-0:1.Oyunun 31-ci dəqiqəsində Araz Abdullayev “Karvan-Yevlax”ın bərabərlik topuna imza atıb-“Karvan-Yevlax”-“Kəpəz”-1:1. Oyunun ilk hissəsi tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-“Karvan-Yevlax”-“Kəpəz”-1:1.Oyunun 76-cı dəqiqəsində Rauf Hüseynli penaltidən “Kəpəz”in ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Karvan-Yevlax”-“Kəpəz”-1:2. Bu oyunda vurulan son qol oldu və “Kəpəz” matçdan 1:2 qalib ayrıldı.
