• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İqtisadiyyat

Sumqayıt və Xırdalandan Bakıya yeni yol – Tıxaclar azalacaq - AÇIQLAMA

29 Yanvar, 26 / 1:39
A A
Sumqayıt və Xırdalandan Bakıya yeni yol – Tıxaclar azalacaq - AÇIQLAMA

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Dəmir yolu xətlərinin bərpası və yeni stansiyaların inşası paytaxt və ətraf ərazilərdə tıxacların azalmasına təsir göstərəcəyi gözlənilir.

Mövzu ilə bağlı açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, ictimai nəqliyyatın imkişafı xüsusilə relsli növləri tıxaca bir alternativdir.

“Bu gün vətəndaşlar mərkəzə daha çox şəhərətrafı ərazilərdən gəlirsə bu da müəyyən sıxlıq və uzunmüddətli tıxaclar yaradır. Bunun şəhərətrafı ən önəmli alternativi dəmiryol şəbəkəsidir. Bu şəbəkə Bakı Şəhərinin Baş Planına əsasən dəmiryolunun dairəvi hərəkəti nəzərdə tutulmaqla yanaşı bir neçə stansiyasının inşası və köhnə xətlərin bərpası nəzərdə tutulub”.

R. Ağamirzəyev bildirib ki, bütün bunlar insanları dəmiryolundan istifadəyə sövq edəcək.

“Hazırda dəmiryolu vasitəsiylə 42 minə yaxın sərnişin daşınırsa 2030-cu ilə qədər görüləcək işlərdən sonra 250 minə qədər sərnişinin daşıması nəzərdə tutulur. İlkin olaraq “Dərnəgül” stansiyası istifadəyə veriləcək. Bu da Sumqayıt və Xırdalandan mərkəzə gələnlər üçün yeni fürsətdir. Əvvəllər onlar səfərlərini “28 May” istiqamətindən təşkil edirdilərsə “Dərnəgül” stansiyası istifadəyə verildikdən sonra bu təzyiq azalacaq, – deyə R. Ağamirzəyev qeyd edib.

Qeyd edək ki, 2026-2027-ci illərdə Yeni Suraxanı-Hövsan, 2026-2028-ci illərdə Bakıxanov-Binə-Qala, 2028-2030-cu illərdə isə Zabrat-Maştağa-Bağlar dəmir yolu xətlərinin bərpası, eləcə də bu xətlər boyunca mövcud stansiyaların bərpası və yeni stansiyaların inşası nəzərdə tutulur.

Layihələndirmə işlərinin bəziləri tamamlanıb. Bundan başqa, bərpa olunacaq xətlər boyunca stansiya və dayanacaqlar üzrə optimallaşdırma işləri həyata keçirilib, stansiyaların yerləri müəyyən olunub. Zabrat-Maştağa-Bağlar xəttində Maştağa və Bağlar stansiyaları daxil olmaqla 7, Bakıxanov-Binə-Qala xəttində Binə və Qala stansiyaları daxil olmaqla 7, Yeni Suraxanı-Hövsan xəttində isə ümumilikdə 4 stansiyanın inşası və ya bərpası planlaşdırılır. Bu stansiyalardan 3-ü Hövsan ərazisində yerləşəcək.

Əlavə edilib ki, Baş Keşlə və Nərimanov stansiyalarına dayanacaq verilməsi, Kürdəxanı, Fatmayı, Saray və Binəqədi dayanacaqlarının yaradılması planlaşdırılır. Dərnəgül dayanacağının tikintisi davam etdirilir.

//milli.az

Previous Post

Magistratura pilləsi üzrə sınaq imtahanının nəticələri elan olundu

Next Post

Oktay Kaynarca yeni serialda - FOTO

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.