Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Samsunda baş verib.
Qəza zamanı minik avtomobili baryerə çırpılaraq aşıb. Hadisə zamanı avtomobildə olan 4 nəfər təhlükəsizlik kəməri taxdıqları üçün xəsarət almadan xilas ola bilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
