• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Tarix və mədəniyyət abidələrini qəsdən məhv etməyə görə cəzalar sərtləşdirilib

29 Yanvar, 26 / 1:02
A A
Tarix və mədəniyyət abidələrini qəsdən məhv etməyə görə cəzalar sərtləşdirilib

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Azərbaycanda tarixi və mədəni sərvətləri qəsdən məhv etməyə görə cəzalar sərtləşdirilib.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Qanunlarına edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin Azərbaycan Respublikasının ərazisindən qanunsuz aparılmasına görə

– fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər altı min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcək.

Mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsinə, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasına görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər altı min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcək.

Qanun 2026-cı il fevralın 1-dən qüvvəyə minəcək.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.

Previous Post

Günün qoroskopu: Yeni gəlir və ya maraqlı təklif ola bilər

Next Post

Azərbaycan və Gürcüstan Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş təsdiqlənib - FƏRMAN

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.