
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Bəzi liderlər strateji bacarıqları, bəziləri isə içki vərdişləri ilə tarixdə xatırlanır. Tarix boyunca bəzi məşhur şəxslər ziyafət və içki mədəniyyəti ilə gündəmə gəlib.
Həmin liderləri sizə təqdim edir:
Winston Churchill – Uzun siyasi karyerası boyunca içki ilə də tanınan Churchill gün ərzində şampan, viski və konyak içirdi. Buna baxmayaraq, əksər hallarda iş qabiliyyətini qoruması ilə diqqət çəkirdi.
Böyük Pyotr – Rusiyanı müasirləşdirən çar, eyni zamanda ağır içki ziyafətləri və içki yarışları ilə tarixdə xatırlanır. Dönəmin saray mədəniyyəti də əsasən içki ətrafında formalaşırdı.
Ulysses S. Grant – Amerika Vətəndaş Müharibəsinin generalı və sonrasında ABŞ prezidenti olan Grant bəzən içki ilə mübarizə aparmaq məcburiyyətində qaldığı dövrlər yaşayıb. Stressli anlarda içkiyə yönəlməsi tarixdə qeyd olunub.
Böyük İskəndər – Antik dünyanın ən böyük fatihlərindən olan İskəndər uzun süren ziyafətləri və şərab istehlakı ilə tanınır. Onun ölümünə dair bəzi nəzəriyyələr də ağır içki ilə əlaqələndirilir.
Boris Yeltsin – Müasir dövrə yaxınlaşdıqca içki vərdişləri ilə gündəmə gələn nadir liderlərdən biridir. Onun sərxoş halda görüntüləri populyar mədəniyyətdə yer alıb.
//milli.az
