Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “habertürk”ə istinadən xəbər verir ki, qəza İstanbulda baş verib.
Qəza zamanı TIR-ın yük hissəsi körpüyə çırpılıb. Zərbənin nəticəsində TIR aşıb. Hadisə zamanı TIR-ın sürücü və yanında olan şəxs yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
