Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Şanlıurfada baş verib.
Qəza zamanı TIR və minik avtomobili toqquşub. Zərbənin təsirindən minik avtomobili baryerlərin üzərinə çıxıb. Hadisə zamanı 3 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
