• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İqtisadiyyat

"Toya uşaq gətirməyin" - DEPUTAT

26 Noyabr, 25 / 20:50
A A
"Toya uşaq gətirməyin" - DEPUTAT

Artıq bir çox toy dəvətnamələrində yeni bir tendensiya görünür: cütlüklər qonaqlardan məclisə uşaqlarla gəlməməyi xahiş edirlər. Səbəb kimi isə balacaların məclisdə “əl-ayağa dolaşa bilməsi” göstərilir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov məsələ ilə bağlı fikirlərini Ölkə.az-la bölüşüb.

Deputat hesab edir ki, bizi narahat edən məsələ bu olmalı deyil:

“Bizi narahat edən o olmalıdır ki, artıq Azərbaycanda toy ənənəsi dəyişir. Toylarda musiqinin səsindən, bayağı musiqilərdən oturmaq olmur. Artıq son dövrlər kişilərimiz qadın kimi, qadınlarımız kişi kimi oynamağa başlayıblar. Toylarda israf daha çoxdur. Mən düşünürəm ki, biz bu məsələlərin üzərində durmalıyıq.

Qaldı ki, uşaqların toya gətirilib-gətirilməməsinə, toyda hər şəxsə görə pul ödənilir, yəni adambaşı hesablama aparılır. Son vaxtlar da şadlıq evlərinin qiymətlərində çox ciddi artım var və ona görə də belə bir istəyin olması təbiidir”.

“Birincisi, insanlar özləri çalışmalıdırlar ki, toya uşaqları ilə getməsinlər. Xüsusilə də yaşı az olan uşaqla. Yəni bunu insanlar özləri anlamalıdırlar. İkincisi isə – əgər bunu insan anlamırsa, toy sahibi məcburdur ki, bunu toya gələn qonağa bildirsin. Çünki siz toya dörd-beş nəfər gedəndə, uşaqlar da oturanda, təbii ki, hər kəsin imkanı olmur toya böyük məbləğdə pul yazdırmağa. Ona görə burada mən hesab edirəm ki, toy sahiblərini başa düşmək lazımdır. Kənd toyları bir az fərqlidir, amma şəhər toylarında bu mütləq nəzərə alınmalıdır”, – deyə C.Məmmədov sonda qeyd edib.

//milli.az

Previous Post

Bir ay ərzində 14 klinika və 14 həkim cərimələnib - RƏSMİ

Next Post

“Sürücünüz və siz 20 nəfəri polisdə gözləyəcəm”

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.