Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Aksarayda baş verib.
Qəza zamanı toydan gələn ailənin olduğu avtomobil TIR-a çırpılıb. Hadisə zamanı 6 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırıdır. Polis qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
