• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Gündəm

Toyundan 3 ay sonra şəhid olan Samir Sadıqov

28 Sentyabr, 25 / 12:08
A A
Toyundan 3 ay sonra şəhid olan Samir Sadıqov

Vətən uğrunda şəhid olan Samir Sadıqovun yaxınları qəhrəmanın döyüş yolu haqqında danışıblar.

Ailə üzvləri Samir Sadıqovun vətənpərvərliyini və ailəsinə olan sonsuz sevgisini xatırlayaraq onunla fəxr etdiklərini bildiriblər.

Şəhidin atası, oğlunun toyundan cəmi üç ay sonra şəhid olduğunu və övladı Amili görmədiyini böyük kədərlə söyləyib.

Anası isə Amilin adının Samir tərəfindən hələ doğulmamışdan əvvəl qoyulduğunu qeyd edib.

Samirin atası onun İkinci Qarabağ müharibəsində könüllü iştirak etdiyini bildirib: “2020-ci il sentyabrın 28-də müharibəyə getmişdi. Şuşada, Qubadlıda, Zəngilanda, Cəbrayılda döyüşmüşdü. 2022-ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında işə başlamışdı”.

Atası oğlunun şəhid olduğu gün haqqında bunları söyləyib: “2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə danışmışdıq. Dedi hər şey yaxşıdır, ondan narahat olmayaq. Sağlıq-salamatlıqdır. Ayın 20-si eşitdik ki, şəhid olub”.

Şəhidin anası oğlunun vətən sevgisindən danışarkən, onun hər zaman fəxr etdiyi bir övlad olduğunu vurğulayıb: “O, həmişə vətənini sevən oğul idi. Hər zaman deyirdi ki, vətəni azad edəcək. Elə də etdi, dedi siz mənimlə hər zaman fəxr edəcəksiniz”.

Anası Samirin böyük arzuları olduğunu və zabit, mayor olmaq istədiyini də əlavə edib.

Samirin bibisi də qəhrəman qardaşoğlu haqqında xatirələrini bölüşüb: “Həmişə də deyirdi ki, müharibəyə gedəcək. Vətən üçün döyüşəcək. Döyüşən oğlanların ondan artıq olmadığını söyləyirdi”.

Bibisi qeyd edib ki, Samir şəhid olmamışdan bir gün əvvəl zəng edib ailəsinə özlərini qorumalarını tapşırıb. Onun son sözləri bunlar olub və bundan sonra ailə onun şəhid olması xəbərini alıb.

//Baku TV

Previous Post

Ayan yataq otağından VİDEOsunu yaydı

Next Post

"Turan Tovuz" "Kəpəz"i qəbul edəcək-START HEYƏTLƏR

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.