ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayana müharibənin necə sonlandırmağın yolunu açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Tramp bu barədə FOX telekanalına müsahibə verib.
O müsahibəsində bildirib ki, Rusiyanı dayandırmaq üçün Çinə təzyiq etmək lazımdır.
“Mən Avropa ölkələrinə bildirdim ki, Rusiyanı dayandırmağın yeganə yolu Rusiya neftini almamaqdan keçir. Bu gün Avropa da bu təzyiqi etməlidir.”-deyə Tramp bildirib.
Tramp Rusiyanın Polşanın hava məkanını pozmasına da münasibət bildirib. ABŞ Prezidenti bunun qəbul edilməz olduğunu vurğulayıb.
//Nəzər.Media
