Cümə günü futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. Mövsümə qələbə ilə başlayan “Turan Tovuz” doğma publika önündə qələbə qazanmaq istəyəcək. Muxtar Respublika təmsilçisi də matça üç xal üçün çıxacaq. Hakim Tural Qurbanovun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:
“Turan Tovuz”un start heyəti:
1. Oleq Baklov(GK)
17. Rəhim Sadıxov
10. Xəyal Nəcəfov
88. Faiq Hacıyev (C)
2. Abdulla Rzayev
5. Roderik Miller
99. Vadji İbrahima
15. Emmanuel Hakman
32. Hayderson Hurtado
19. Roberto Olabe
21. Aleks Souza
“Turan Tovuz”un ehtiyat oyunçuları:
41. Sergey Samok(GK)
13. Mehman Hacıyev
29. Filip Ozobiç
11. Ayxan Hüseynov
6. Fərid Yusifli
77. Veysəl Rzayev
9. Sadiq Şəfiyev
3. Enrike Silva
23. Alexandro Serrano
90. Joarlem Santos
“Turan Tovuz”un baş məşqçisi:Kurban Berdiyev
“Araz-Naxçıvan”ın start heyəti:
12. Kristian Avram(GK)
3. Bəxtiyar Həsənalızadə
5. Slavik Alxasov
4. Rahil Məmmədov
26. Ömər Buludov
6. Patrik Andrade
29. Vanderson Melo (C)
23. Nuno Rodriqes
10. Felipe Santos
11. Ba-Muaka Simakala
70. Şarl Boli
“Araz-Naxçıvan”ın ehtiyat oyunçuları:
94. Tərlan Əhmədli(GK)
76. Süleyman Həsənov
2. Qara Qarayev
34. Urfan Abbasov
14. Ülvi İsgəndərov
22. Elçin Mustafayev
24. Mustafa Əhmədzadə
17. İssuf Paro
7. Hamidu Keyta
77. Bruno Franko
19. Bar Kohen
“Araz-Naxçıvan”ın baş məşqçisi:Elmar Baxşıyev
Turun sonuncu görüşü bazar günü baş tutacaq.
Günün yeganə və turun sonuncu qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Zirə”ni qəbul edəcək. “Qəbələ” doğma publika önün qələbə qazanmağa çalışacaq. “Mavi qartllar”da matçdan üç xalla ayrılmağa çalışacaq.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının II turuna Cümə günü start verilib. Açılış günündə iki qarşılaşma baş tutub.
Turun açılış matçında “İmişli” “Şamaxı Şəhər Stadionu”nda “Neftçi”ni qəbul edib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-“İmişli”-“Neftçi”-0:0. Oyunun ikinci hissəsi də qolsuz bərabərliklə bitib. Beləcə görüş başladığı hesabla bitib-“İmişli”-Neftçi”-0:0.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Qarabağ”-“Sumqayıt”-0:0. Oyunun 72-ci dəqiqəsində “Sumqayıt” Ronaldo Vaskezin qolu ilə hesabı açıb- “Qarabağ”-“Sumqayıt”-0:1.Bu matçda vurulan son qol oldu və son “Qarabağ” mövsümümə məğlubiyyətlə başladı, “kimyaçılar” isə ardıcıl ikinci qələbələrini qazandılar.
Dünən isə bir qarşılaşma baş tutub.
Günün yeganə qarşılaşmasında “Qəbələ Şəhər Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz” Yexlaxın “Karvan-Yevax” klubunu qəbul edib. Oyunun 38-ci dəqiqəsində “Karvan-Yevlax” Coy Sleyd Mikelsin penaltidən qolu ilə hesabı açıb-“Kəpəz”-“Karvan-Yevlax”-0:1. İlk hissə qonaqların 0:1 üstünüyü ilə başa çatıb-“Kəpəz”-“Karvan-Yevlax”-0:1. Oyunun 52-ci dəqiqəsində Tompson Qavi “Karvan-Yevlax”ın ikinci topuna imza atıb-“Kəpəz”-“Karvan-Yevlax”-0:2.Oyunun 77-ci dəqiqəsində “Kəpəz” Məqsəd İsayevin qolu ilə hesab arasındakı fərqi azaldıb-“Kəpəz”-“Karvan-Yevlax”-1:2. Oyunun 89-cu dəqiqəsində Kayl Spens “Karvan-Yevlax”ın üçüncü topuna imza atıb-“Kəpəz”-“Karvan-Yevlax”-1:3. Oyunun 90+5-ci dəqiqəsində Viktor Vajeo penatidən “Kəpəz”in ikinci topuna imza atıb- “Kəpəz”- “Karvan-Yevlax”-2:3. Bu görüşdə vurulan son qolub bununlada “Kəpəz” ardıcıl ikinci məğlubiyyətini əldə edən zaman, Yevlax təmsilçisi ilk qəbələsini qazanıb.
