İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində keçirilən “Kəpəz”-“Turan Tovuz” oyunu başa çatdı. Gərgin keçən oyun 0:2 “Turan Tovuz”un xeyrinə başa çatdı.
xxxx
Oyunun 47-ci dəqiqəsində Joarlem Santos “Turan Tovuz”un ikinci topuna imza atdı-“Turan Tovuz”-“Kəpəz”-0:2
xxxxx
“Kəpəz”-“Turan Tovuz” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Turan Tovuz” 0:1 hesabı ilə irəlidədir.
xxxx
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna start veriləcək. PFL bu günə bir qarşılaşma təyin edib.
Günün yeganə və turun açılış qarşılaşmasında qədim Gəncə təmsilçisi “Kəpəz” “Yevlax Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edir. Nizami yurdunun təmsilçiləri bu oyunda ən azından bir xal qazanmağa çalışır. “Boz qurd” isə matçda üç xal üçün çıxıb. Hakim Kamal Umudlunun idarə etdiyi qarşılaşmada artıq oyunun 6-cı dəqiqəsində “Turan Tovuz” Alexandro Serranonun qolu ilə hesabı açdı-“Kəpəz”-“Turan Tovuz”-0:1
Turun digər görüşləri Şənbə, Bazar və Bazar ertəsi günü keçiriləcək. Şənbə günü iki qarşılaşama baş tutacaq.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Yevlax Şəhər Stadionu”nda “Neftçi”ni qəbul edəcək. Yexlax təmsilçisi matçda ən azında məğlub olmamaq haqqında düşünəcək. “Neftçi” isə bu oyunda qələbə qazanmağa çalışacaq.
Günün iknci oyununda “Zirə” “Zirə Olimpia Kompleksinin Stadionun”da “İmişli”ni qəbul edəcək. Hər iki komanda meydana üç xal üçün çıxacaq.
Turun digər görüşləri Bazar və Bazar ertəsi günü baş tutacaq. Bazar günü iki qarşılaşma baş tutacaq.
Bazar günü ilk olaraq “Qəbələ Qəbələ Şəhər Stadionun”da “Qarabağ”ı qəbul edəcək. Meydan sahibləri bu oyunda ən azından məğlub olmamaq haqqında düşüncək. “Qarabağ” isə matçda növbəti üç xalını qazanmağa çalışacaq.
Günün ikinci qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena” “Şamaxı”nı qəbul edəcək. Turnir cədvəlində qonşu olan komandalar bu oyunda qələbə qazanmağa çalışcaq.
Turun sonuncu görüşü bazar günü keçiriləcək.
Bazar günün günün yeganə və sonuncu oyununda gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər stadionun”da “Sabah”ı qəbul edəcək. Meydan sahiblərə matça üç xal üçün çıxacaq. “Bayquşlar” isə 2025-ci ildə liderliyini qorumaq üçün meydanda qələbə qazanmağa çalışacaq.
