
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Azərsun Arenada” “Karvan-Yevlax”ı qəbul edəcək. “Boz qurd”la Yevlax təmsilçisi arasındakı matçı Vüqar Həsənli idarə edəcək.Artıq komandaların start heyətləri məlumdur:
“Turan Tovuz”un start heyəti:
41. Sergey Samok(GK)
17. Rəhim Sadıxov
88. Faiq Hacıyev (C)
11. Ayxan Hüseynov
5. Roderik Miller
23. Alexandro Serrano
99. Vadji İbrahima
15. Emmanuel Hakman
32. Hayderson Hurtado
7. Xorxe Silva
19. Roberto Olabe
“Turan Tovuz”un ehtiyat oyunçuları:
1. Oleq Baklov(GK)
13. Mehman Hacıyev
29. Filip Ozobiç
4. Şəhriyar Əliyev
10. Xəyal Nəcəfov
6. Fərid Yusifli
3. Enrike Silva
90. Joarlem Santos
9. Coş Cinnelli
“Turan Tovuz”un baş məşqçisi:Kurban Berdiyev
“Karvan-Yevlax”ın start heyəti:
99. Pedro Mateuş(GK)
6. Vadim Abdullayev (C)
33. Eltun Turabov
13. Vüsal Məsimov
14. Uğur Cahangirov
16. Rauf Rüstəmli
5. Emin Rüstəmov
20. Coy Sleyd Mikels
2. Şakil Sno
11. Kayl Spens
21. İmani Barker
“Karvan-Yevlax”ın ehtiyat oyunçuları:
1. Kamran İbrahimov(GK)
25. Əmrah Bulud(GK)
7. Araz Abdullayev
42. İbrahim Qədirzadə
17. Samir Abdullayev
8. Peter Kings
10. Samuel Durrant
37. Mois Nqvisani
19. Tompson Qavi
4. Olavale Doyeni
“Karvan-Yevlax”ın baş məşqçisi:Füzuli Məmmədov
Turun sonuncu görüşləri Çərşənbə axşamı keçiriləcək. Çərşənbə axşamı iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşamasında “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Qarabağ”ı qəbul edəcək. “Şirlə”lə “köhlən atlar”ın görüşünü Kamal Umudlu idarə edəcək.
Günün və turun sonuncu qarşılaşmasında “Neftçi” “Palms Sports Arena” “Qəbələ”ni qəbul edəcək. “Ağ-qaralar”la “qırmızı-qaralar”ın matçını Əliyar Ağayev idarə edəcək.
Qeyd etdiyimiz kimi futbol Azərbaycan Premyer Liqasının XIX turuna dünən start verilib. Dünən iki qarşılaşma baş tutub.
İlk olaraq “Sabah” “Bank Respublika Arena”da “Araz-Naxçıvan”ı qəbul edib. Artıq oyunun 9-cu dəqiqəsində “Sabah” Umarali Raxmonaliyevin penaltidən qolu ilə hesabı açıb-“Sabah”-“Araz-Naxçıvan”-1:0. Oyunun 11-ci dəqiqəsində Aron Maluda “Sabah”ın ikinci topuna imza atıb-“Sabah”-“Araz-Naxçıvan”-2:0. Oyunun 16-cı dəqiqəsində Xəyal Əliyev “Araz-Naxçıvan”ın üçüncü topuna imza atıb-“Sabah”-“Araz-Naxçıvan”-3:0. İlk hissə “Sabah”ın 3:0 üstünlüyü ilə başa çatıb. Oyunun 68-ci dəqiqəsində Xəyal Əliyev dubl edərək özünün ikinci “Sabah”ın dördüncü topuna imza atıb-“Sabah”-“Araz-Naxçıvan”-4:0.Oyunun 86-cı dəqiqəsində “Araz-Naxçıvan” Felipe Santosun qolu ilə hesab arasındakı fərqi azaldıb-“Sabah”-“Araz-Naxçıvan”-4:1. Bu qol Naxçıvan təmsilçisi üçün ancaq təsəlli xarakteri daşıyıb və “Sabah” matçdan 4:1 qalib ayrılıb.
Günün ikinci qarşılaşmasında Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər stadionu”nda “Zirə”ni qəbul edib. Artıq oyunun 24-cü dəqiqəsində “Zirə” David Volkovun qolu ilə hesabı açıb-“Sumqayıt”-“Zirə”-0:1. Oyunun 26-cı dəqiqəsində Nikola Ninkoviç “Sumqayıt”ın bərabərlik topuna imza atıb-“Sumqayıt”-“Zirə”-1:1. Oyunun 35-ci dəqiqəsində Qismət Alıyev “Zirə”nin ikinci topuna imza ataraq komandasını yenidən hesabda önə keçirib-“Sumqayıt”-“Zirə”-2:1. İlk hissə “Zirə”nin 1:2 xeyrinə başa çatıb. Oyunun 50-ci dəqiqəsində Aleksandr Ramalinqom “Sumqayıt”ın ikinci topuna imza ataraq yenidən hesabı bərabərləşdirib-“Sumqayıt”-“Zirə”-2:2. Oyunun 88-ci dəqiqədində Giorgi Papunaşvili “Zirə”nin üçüncü topuna imza ataraq komandasını yenidən hesabda önə keçirib-“Sumqayıt”-“Zirə”-2:3.Bu oyunda vurulan son qol olub və “Zirə” matçdan 2:3 qalib ayrılıb.
Bu gün bir qarşılaşma baş tutub.
Günün aşılış oyununda “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Kəpəz”i qəbul edib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-“İmişli”-“Kəpəz”-0:0. Oyunun ikinci hissəsində də qol olmayıb və görüş başladığı hesabla bitib-“İmişli”-“Kəpəz”-0:0
