• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Turan Tovuz" "Neftçi"ni qəbul edir-START HEYƏTLƏR

28 Noyabr, 25 / 17:31
A A
"Turan Tovuz" "Neftçi"ni qəbul edir-START HEYƏTLƏR

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib. PFL açılış gününə iki qarşılaşma təyin edib.

Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Tovuz şəhər stadionu”nda “Neftçi”ni qəbul edəcək. “Boz qurd” II pillədəki mövqeyini qorumaq üçün matçdan üç xalla ayrılamağa çalışacaq. Baş məşqçisiz “ağ-qaralar”da meydana üç xal üçün çıxacaq. Hakim Fərid Hacıyevin idarə edəcəyi qarşlaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:

“Turan Tovuz”un start heyəti:
1. Oleq Baklov(GK)
17. Rəhim Sadıxov
11. Ayxan Hüseynov
5. Roderik Miller
3. Enrike Silva
23. Alexandro Serrano
90. Joarlem Santos
15. Emmanuel Hakman (C)
32. Hayderson Hurtado
7. Xorxe Silva
19. Roberto Olabe

“Turan Tovuz”un ehtiyat oyunçuları:
41. Sergey Samok(GK)
13. Mehman Hacıyev
29. Filip Ozobiç
10. Xəyal Nəcəfov
88. Faiq Hacıyev
6. Fərid Yusifli
2. Abdulla Rzayev
77. Veysəl Rzayev
14. Murad Dadaşev
30. Mircamal Əlizadə
21. Aleks Souza

“Turan Tovuz”un baş məşqçisi:Kurban Berdiyev

“Neftçi”nin start heyəti:
13. Kenan Piriç(GK)(C)
15. Elvin Bədəlov
45. Vensan Abubakar
6. Sessi Dalmeyda
24. Mustafa Sek
5. İqor Ribeyro
18. İfeanyi Metyu
9. Bassala Sambu
27. Kristian Kostin
11. İmad Faraj
10. Freddi Varqas

“Neftçi”nin ehtiyat oyunçuları:
1. Emil Balayev(GK)
93. Rza Cəfərov(GK)
8. Emin Mahmudov
17. Murad Xaçayev
19. Ağadadaş Salyanski
47. Murad Məmmədov
14. Edvin Kuç
22. Luis Ortis
23. Cordan Rezabala
28. Alessio Kurçi

“Neftçi”nin baş məşqçisi: Sənan Qurbanov

Turun digər görüşləri Şənbə və Bazar günü keçiriləcək. Şənbə günü iki qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia İdman Kompleksinin Stadionu”nda “Sabah”ı qəbul edəcək. Keçən tur “Neftçi”yə qalib gələn “İmişli” bu turda qələbə seriyasını davam etirmək istəyəcək. Keçən tur xal qazana bilməyən “bayquşlar”da meydana üç xal üçün çıxacaq.

Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da “Karvan-Yevlax”ı qəbul edəcək. Çətin “Napoli” səfərindən sonra “köhlən atlar” bu oyunda audsayder üzərində rahat qələbə qazanmaq istəyəcək. Yexlaxlılar isə çətin səfərdən gələn rəqibdən səfərdə möcüzə nəticəsində 1 xal almağa çalışacaq.

Turun sonuncu görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.

Bazar günü ilk olaraq “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. “Şamaxı” bu oyunda növbəti üç xalını qazanmağa çalışacaq. “Kimyaçılar”da bu oyuna üç xal üçün çıxacaq.

Günün və turun sonuncu oyununda “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. Meydan sahibləri bu oyunda ən azından məğlub olmamaq haqqında fikirləşəcək. Muxtar Respublika təmsilçisi isə bu oyunda növbəti üç xalını qazanmağa çalışacaq.

Bu gün bir qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasında “Kəpəz” “Yevlax şəhər stadionu”nda “Zirə”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Kəpəz”-“Zirə”-0:0. Oyunun 62-ci dəqiqəsində “Zirə” Leroy Mikelsin qolu ilə hesabı açıb-“Kəpəz”-“Zirə”-0:1. Oyunun 84-cü dəqiqəsində İssa Cibrila “Zirə”nin ikinci topuna imza atıb-“Kəpəz”-“Zirə”-0:2. Bu oyunda vurulan son qol olub və “Zirə” matçdan 0:2 qalib ayrılıb.

Previous Post

Xaricdə ali təhsil almış şəxslərin NƏZƏRİNƏ

Next Post

Uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik aktlarında dəyişikliklər təsdiqlənib

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.