Bu gün milli komandanın 2026 Dünya Çempionatının Seçmə mərhələsindəki oyunları ilə əlaqədar yaranmış fasilədən sonra Azərbaycan Premyer Liqasında VIII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Azərsun Arena”da “Qarabağ”ı qəbul edəcək. Turnir cədvəlinin lideri “tovuzlular” bu oyunda Avrokubok oyunu ərəfəsində olan rəqibindən ən azı xal almağa çalışacaq. UEFA Çempionlar Liqasının liqa mərhələsində səfərdə “Atletletiko Bilbao” ilə qarşılaşacaq “köhlən atlar” bu oyunda çox güc sərf etmədən qələbə qazanmağı istəyəcəklər. Hakim Elçin Məsiyevin idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:
“Turan Tovuz”un start heyəti:
1. Oleq Baklov(GK)
29. Filip Ozobiç
88. Faiq Hacıyev (C)
5. Roderik Miller
23. Alexandro Serrano
90. Joarlem Santos
15. Emmanuel Hakman
32. Hayderson Hurtado
7. Xorxe Silva
19. Roberto Olabe
21. Aleks Souza
“Turan Tovuz”un ehtiyat oyunçuları:
41. Sergey Samok(GK)
13. Mehman Hacıyev
4. Şəhriyar Əliyev
17. Rəhim Sadıxov
10. Xəyal Nəcəfov
11. Ayxan Hüseynov
6. Fərid Yusifli
2. Abdulla Rzayev
77. Veysəl Rzayev
3. Enrike Silva
99. Vadji İbrahima
“Turan Tovuz”un baş məşqçisi:Kurban Berdiyev
“Qarabağ”ın start heyəti:
99. Mateus Koxalski(GK)
10. Abdullah Zubir (C)
81. Kevin Medina
20. Kadi Borqes
3. Sami Mmae
2. Mateus Silva
18. Dani Bolt
15. Leandro Andrade
21. Aleksey Kaşuk
35. Pedro Bikalyo
17. Kamilo Duran
“Qarabağ”ın ehtiyat oyunçuları:
1. Şahrudin Məhəmmədəliyev(GK)
97. Fabian Buntiç(GK)
55. Bədavi Hüseynov
30. Abbas Hüseynov
77. Ramil Şeydayev
13. Bəhlul Mustafazadə
44. Elvin Cəfərquliyev
27. Toral Bayramov
7. Nəriman Axundzadə
8. Marko Yankoviç
6. Kris Kuaku
11. Emmanuel Addai
“Qarabağ”ın baş məşqçisi:Qurban Qurbanov
Turun digər görüşləri Şənbə və Bazar günü baş tutacaq. Şənbə günü iki qarşılaşma baş tutacaq.
Şənbə günü ilk olaraq “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Qəbələ”ni qəbul edəcək. Premyer Liqanın sürpriz komandaların dan olan “İmişli” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. “Qəbələ” isə bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər stadionu”n “Karvan-Yevlax”ı qəbul edəcək. “Kimyaçılar” bu oyunda növbəti qələbələrini qazanmağa çalışacaq. Yevlax təmsilçisi isə bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək.
Turun sonuncu görüşləri Bazar günü baş tutacaq. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Bank Respublika Arena”da “Sabah” “Zirə”ni qəbul edəcək. “Bayquşlar” doğma meydanda növbəti qələbələrini qazanmağa çalışacaq. “Mavi qartallar”da Masazırda üç xal üçün mübarizə aparacaq.
Günün və turun sonuncu qarşılaşmasında “Neftçi” “Palms Sports Arena” “Araz-Naxçıvan”ı qəbul edəcək. “Ağ-qaralar” meydana üç xal üçün çıxacaq. Muxtar Respublika təmsilçisi də bu oyunda üç xal qazanmağı hədəfləyəcək.
Bu gün bir qarşılaşma baş tutub.
Günün və turun ilk oyununda “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Artıq oyunun 11-ci dəqiqəsində “Şamaxı” Sezar Enrikenin qolu ilə hesabı açıb-“Şamaxı”-“Kəpəz”-1:0. Oyunun 34-cü dəqiqəsində Fərid Nəbiyev “Kəpəz”in bərabərlik topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-1:1. Oyunun 39-cu dəqiqəsində Fərid Nəbiyev dubl edərək özünün və “Kəpəz”in ikinci topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-1:2. Oyunun 45+1-ci dəqiqəsində “Şamaxı” azlıqda qalıb. Komandanın heyətində Abdullahi Şuaybu qırmızı vərəqə alaraq meydandan qovulub-“Şamaxı”-“Kəpəz”-1:2. İlk hissə “Kəpəz”in 1:2 üstünlüyü ilə başa çatıb. Oyunun 67-ci dəqiqəsində Luis Paçu “Kəpəz”in üçüncü topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-1:3. Oyunun 85-ci dəqiqəsində Luis Paço dubla imza ataraq özünün ikinci komandasının dördüncü topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-1:4. Bu oyunda vurulan son qol olub və “Kəpəz” mövsümdə ilk qələbəsini reallaşdırıb.
