Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Bu görüşdən sonra “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Sabah”ı qəbul edəcək. Keçən tur oyunu yarımcıq qalan “Boz qurd” bu oyunda qələbə qazanmağa çalışacaq. Keçən tur qələbəuə sevinən “bayquşlar” bu oyunda da qələbə qazanmağa çalışacaq. Hakim Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri məlumdur:
“Turan Tovuz”un start heyəti:
1. Oleq Baklov(GK)
10. Xəyal Nəcəfov
5. Roderik Miller
3. Enrike Silva
23. Alexandro Serrano
90. Joarlem Santos
15. Emmanuel Hakman (C)
32. Hayderson Hurtado
7. Xorxe Silva
19. Roberto Olabe
21. Aleks Souza
“Turan Tovuz”un ehtiyat oyunçuları:
41. Sergey Samok(GK)
13. Mehman Hacıyev(GK)
88. Faiq Hacıyev
29. Filip Ozobiç
17. Rəhim Sadıxov
6. Fərid Yusifli
11. Ayxan Hüseynov
73. Ülvü Mədətov
14. Murad Dadaşev
30. Mircamal Əlizadə
60. Vüqar Bağırov
“Turan Tovuz”un baş məşqçisi:Kurban Berdiyev
“Sabah”ın start heyəti:
92. Stas Pokatilov (GK)(C)
88. Xəyal Əliyev
20. Coy Lens Mikels
21. Velko Simiç
40. İqor Noqeyra
80. Akim Zedadka
3. Stiv Solvet
27. Timoteuş Puxaç
13. İvan Lepiniça
33. Umarali Raxmonaliyev
19. Aron Maluda
“Sabah”ın ehtiyat oyunçuları:
55. Nicat Mehbalıyev(GK)
72. Rustam Samiqullin(GK)
11. Kahim Parris
6. Abdulax Xaybulaev
2. Amin Seydiyev
8. Ayaz Quliyev
17. Tellur Mütəllimov
46. Aleksey İsayev
5. Rəhman Daşdəmiro
89. Cəfər Muxtarov
53. Andrey Santos
“Sabah”ın baş məşqçisi:Valdas Dambrauskas
Turun digər görüşləri Bazar və Bazar ertəsi günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün açılış oyununda qədim Gəncə təmsilçisi “Kəpəz” “Qəbələ”ni qəbul edəcək. Nizami yurdunun təmsilçiləri bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. “Qəbələ”də matça üç xal üçün çıxacaq.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da “Araz-Naxçıvan”ı qəbul edəcək. UEFA Çempionlar Liqasında gözlənilməz olaraq məğlubiyyətə düçar olan “köhlən atlar” Premyer Liqanın oyununda qələbə qazanmağa çalışacaq. Muxtar Respublika təmsilçisi bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək.
Turun digər oyunları Bazar ertəsi günü baş tutacaq. Bazar ertəsi günü iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edəcək. “İmişli” matça üç xal üçün çıxacaq. Yevlaxlılar isə bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək.
Günün və turun sonncu oyununda “Neftçi” “Palms Sports Arena”da gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. “Ağ-qaralar” bu oyunda yeni baş məşqçilərinin rəhbərliyi ilə növbəti qələbəsini qazanmağa çalışacaq. “Kimyaçılar”da matça üç xal üçün çıxacaq.
