Cümə günü futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Tovuz Şəhər Stadionun”da “Şamaxı”nı qəbul edəcək. Tovuzlular doğma publika önündə qələbə qazanmaq istəyəcək. Keçən tur “Qarabağ”a məğlub olmayan “Şamaxı” bu oyunda xal qazanmağı planlaşdırıb. Hakim Cavid Cəlilovun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:
“Turan Tovuz”un start heyəti:
1. Oleq Baklov(GK)
29. Filip Ozobiç
5. Roderik Miller
3. Enrike Silva
23. Alexandro Serrano
90. Joarlem Santos
15. Emmanuel Hakman (C)
32. Hayderson Hurtado
7. Xorxe Silva
19. Roberto Olabe
21. Aleks Souza
“Turan Tovuz”un ehtiyat oyunçuları:
41. Sergey Samok(GK)
13. Mehman Hacıyev
4. Şəhriyar Əliyev
99. Vadji İbrahima
11. Ayxan Hüseynov
88. Faiq Hacıyev
17. Rəhim Sadıxov
10. Xəyal Nəcəfov
6. Fərid Yusifli
2. Abdulla Rzayev
77. Veysəl Rzayev
“Turan Tovuz”un baş məşqçisi:Kurban Berdiyev
“Şamaxı”nın start heyəti:
1. Rikardo Fernandes(GK)
17. Rafael Məhərrəmli (C)
97. Oruc Məmmədov
82. Rüfət Abbasov
9. Karim Rossi
3. Vladislav Veremeyev
13. Rikardo Apolinario
11. Dioqo Balau
4. Sezar Enrike
44. David Santos
8. Alfons Msanqa
“Şamaxı”nın ehtiyat oyunçuları:
62. Abdulla Seydəhmədov(GK)
99. Səlim Həşimov(GK)
80. Həbib İsmayılov
6. Antonio Lara
5. Arsen Ağcabəyov
21. Bilal İsmayılov
7. Edqar Adilxanov
27. Emil Süleymanov
77. Nihat Mehralıyev
14. Ravil Qafarov
24. Sənan Muradlı
90. Davud Mənsumov
“Şamaxı”nın baş məşqçisi:Ayxan Abbasov
Bu gün daha bir qarşılaşma baş tutacaq.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. “Kimyaçılar” bu oyunda qələbə qazanmağa çalışacaq. Muxtar Respublika təmsilçisi də meydana qələbə üçün çıxacaq.
Tura Bazar ertəsi yekun vurulacaq. Bazar ertəsi bir qarşılaşma baş tutacaq.
Günün yeganə və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Qəbələ”ni qəbul edəcək. “Bayquşlar” matçda növbəti üç xallarını qazanmağa çalışacaq. “Qəbələ” isə oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının X turuna Cümə günü start verilib. PFL açılış günündə bir qarşılaşma təyin etmişdi.
Turun açılış oyununda “Qarabağ” “Azərsun Arena”da “İmişli”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Qarabağ”-“İmişli”-0:0.Oyunun 52-ci dəqiqəsində “Qarabağ” Abdullah Zubirin qolu ilə hesabı açıb-“Qarabağ”-“İmişli”-1:0. Oyunun 82-ci dəqiqəsində Emanuel Addai “Qarabağ”ın ikinci topuna imza atıb-“Qarabağ”-“İmişli”-2:0. Bu oyunda vurulan sonuncu qol olub və “Qarabağ” matçdan 2:0 qalib ayrılıb.
Dünən iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Şamaxı Şəhər Səhər Stadionu”nda “Zirə”ni qəbul edib. artıq “Karvan-Yevlax” oyunun 29-cu dəqiqəsində İmani Barkerin qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Zirə”-1:0. İlk hissə “Karvan-Yevlax”ın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 57-ci dəqiqəsində Brahim Konate “Zirə”nin bərabərlik topuna imza atıb-“Karvan-Yevlax”-“Zirə”-1:1.Oyunun 62-ci dəqiqəsində Kayl Spens “Karvan-Yevlax”ın ikinci topuna imza ataraq komandasını yenidən hesabda önə keçirib-“Karvan-Yevlax”-“Zirə”-2:1. Oyunun 74-cü dəqiqəsində Leroy Mikels “Zirə”nin ikinci topuna imza ataraq hesabı yenidən bərabərləşdirib-“Karvan-Yevlax”-“Zirə”-2:2. Oyunun 87-ci dəqiqəsində Ayron Qomis “Zirə”nin üçüncü topuna imza ataraq komandasını hesabda önə keçirib-“Karvan-Yevlax”-“Zirə”-2:3. Bu oyunda vurulan son qol olub və “Zirə” matçdan 2:3 qalib ayrılıb.
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sport Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Artıq oyunun 19-cu dəqiqəsində “Neftçi” Emin Mahmudovun penaltidən qolu ilə hesabı açıb-“Neftçi”-“Kəpəz”-1:0. Oyunun 23-cü dəqiqəsində Vensan Abubakar “Neftçi”nin ikinci topuna imza atıb-“Neftçi”-“Kəpəz”-2:0. İlk hissə “Neftçi”nin 2:0 üstünlüyü ilə başa çatıb. Oyunun 74-cü dəqiqəsində Bassala Sambu “Neftçi”nin üçüncü topuna imza atıb-“Neftçi”-“Kəpəz”-3:0. Oyunun 77-ci dəqiqəsində “Kəpəz” Sadiq Şəfiyevin qolu ilə hesab arasındakı fərqi azaldıb-“Neftçi”-“Kəpəz”-3:1. Oyunun 86-cı dəqiqəsində Bassala Sambu dubl edərək özünün ikinci “Neftçi”nin dördüncü topuna imza atıb-“Neftçi”-“Kəpəz”-4:1. Oyunun 90+1-ci dəqiqəsində Freddi Varqas “Neftçi”nin beşinci topuna imza atdı-“Neftçi”-“Kəpəz”-5:1. Bu oyunda vurulan son qol olub və “Neftçi” ən qədim Azərbaycan derbisində rəqibini 5:1 darmadağın edib.
