• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Turan Tovuz" üç xalı üç cavabsız qolla qazandı-YENİLƏNİB-4

04 Oktyabr, 25 / 21:28
A A
"Sumqayıt" "Turan Tovuz"u qəbul edir-START HEYƏTLƏR

Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində keçirən “Sumqayıt”-“Turan Tovuz” oyunu baş çatdı. Gərgin keçən oyunda “Turan Tovuz” üç xalı üç cavabsız topla qazandı-“Sumqayıt”-“Turan Tovuz”-0:3
xxxx
Oyunun 90+3-cü dəqiqəsində Ayxan Hüseynov “Turan Tovuz”un üçüncü topuna imza atdı-“Sumqayıt”-“Turan Tovuz”-0:3
xxxx
Oyunun 59-cu dəqiqəsində Aleks Souza “Turan Tovuz”un ikinci topuna imza atdı-“Sumqayıt”-“Turan Tovuz”-0:2.
xxxxx
“Sumqayıt”-“Turan Tovuz” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Turan Tovuz” 1:0 hesabda öndədir.
xxx
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edir. “Kimyaçılar” matçda növbəti üç xallarını qazanmağa calışır. “Boz qurda” da Sumqayıta üç xal üçün gəlib. Hakim Fərid Hacıyevin idarə etdiyi qarşılaşmada artıq oyunun 35-ci dəqiqəsində “Turan Tovuz” Joarlem Santosun qolu ilə hesabı açdı-“Sumqayıt”-“Turan Tovuz”-0:1

Turun sonuncu görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Şamaxı Şəhər Stadionu”nda “Sabah”ı qəbul edəcək. Yevlax təmsilçisi matçda ən azından məğlub olmamaq haqqında düşünəcək. “Bayquşlar” isə matçda üç xal üçün çıxacaq.

Günün və turun sonucu qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edəcək. Meydan sahibləri doğma publika önündə qələbə qazanmağa çalışacaq. “Şamaxı”da matçda üç xal qazanmağı hədəfləyəcək.

Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının VII turuna dünən start verilib. Açılış günündə iki qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “İmişli”ni qəbul edib. Artıq oyunun 33-cü dəqiqəsində “Araz-Naxçıvan” Ba-Muaka Simakalanın qolu ilə hesabı açıb-“Araz-Naxçıvan”-“İmişli”-1:0. İlk hissə “Araz-Naxçıvan”ın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 90+5-ci dəqiqəsində Ülvi İsgəndərov “Araz-Naxçıvan”ın ikinci topuna imza atıb-“Araz-Naxçıvan”-“İmişli”-2:0.Bu oyunda vurulan son qol oldu və hər hissəyə bir qol vuran “Araz-Naxçıvan” matçdan 2:0 qalib ayrılıb.

Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İdman Kopleksinin Stadionu”nda “Neftçi”ni qəbul edib. Artıq oyunun 28-ci dəqiqəsində “Zirə” Giorgi Papunaşvilinin qolu ilə hesabı açıb-“Zirə”-“Neftçi”-1:0. İlk hissə “Zirə”nin 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 66-cı dəqiqəsində Freddi Varqas “Neftçi”nin bərabərlik topuna imza atıb-“Zirə”-“Neftçi”-1:1.Oyuxun 87-ci dəqiqəsində Bassala Sambu “Neftçi”nin iknci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Zirə”-“Neftçi”-1:2.Oyunun 90+8-ci dəqiqəsində Ruan Renato penaltidən “Zirə”nin bərabərlik topuna imza atıb-“Zirə”-“Neftçi”-2:2.Oyunun 90+10-cu dəqiqəsində “Zirə” azlıqda qalıb. Komandanın heyətində Ayron Qomis ikinci sarı vərəqəni alaraq meydandan qovulub-“Zirə”-“Neftçi”-2:2. Bu oyunda vuruan son qol oldu və tərəflər hərəyə iki dəfə fərqlənməkə bir xala qane oldular-“Zirə”-“Neftçi”-2:2.

Bu gün bir qarşılaşma baş tutub.

Bu qarşılaşmadan əvvəl “Qarabağ” “Azərsun Arena”da “Kəpəz”i qəbul edib. Artıq oyunun 38-ci dəqiqəsində “Qarabağ” Sami Mmaenin qolu ilə hesabı açıb-“Qarabağ”-“Kəpəz”-1:0. İlk hissə “Qarabağ”ın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub-“Qarabağ”-“Kəpəz”-1:0.

Previous Post

"Qarabağ" növbəti qələbəsini qazandı-YENİLƏNİB-2

Next Post

MDB Oyunları: Azərbaycanın avarçəkəni bürünc medal qazanıb

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.