Türkiyə Ayın tədqiqi və kosmosdan dinc istifadəyə dair “Artemis” sazişini imzalayıb.
Saziş avqustun 31-də imzalanıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, sənəd Ay tədqiqatlarının təhlükəsizliyini və kosmosda beynəlxalq əməkdaşlığı nəzərdə tutur.
Türkiyənin sazişə qoşulması onun “Artemis” proqramlarında tərəfdaş ölkə kimi iştirakına yol aça bilər.
Bu addım Türkiyənin kosmik sənayesinin inkişafına və Ay missiyasına da dəstək verəcək.
//Nəzər.Media
