Türkiyədə İŞİD terror təşkilatına qarşı mübarizə davam edir. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, əməliyyatlar barəsində Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya məlumat verib.
O bildirib ki, əməliyyatlar zamanı 51 nəfər İŞİD mənsubu saxlanılıb. Əməliyyatlar Adana, Adıyaman, Amasya, Ankara, Antalya, Balıkesir, Çanakkale, Çankırı, Çorum, Diyarbakır, Erzurum, Qaziantep, Hakkari, Hatay, İğdır, İsparta, İstanbul, İzmir, Kırıkkale, Kırşehir, Kilis, Kocaeli, Konya, Mərsin, Muğla, Nevşehir, Niğde, Osmaniyə, Şanlıurfa, Tekirdağ, Tokat ve Zonguldaqda baş tutub. Nazir bu səpkidə əməliyyatların davam edəcəyini açıqlayıb.
//Nəzər.Media
