Türkiyədə meşə yanğını davam edir. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, yanğın Muğlanın Milas bölgəsində baş verir.
Yanğının artıq Muğladan Aydının Çinə qəsəbəsinə keçib. Yanğının baş verdiyi əraziyə 4 helikopter, 22 yanğınsöndürən maşın, 7 su tankeri, 4 buldozer və 160 nəfər şəxsi heyət cəlb edilib. Digər tərəfdən, Kıyıkışlacıkdakı yanğın sahəsinə isə 3 helikopter, 2 təyyarə, 11 yanğınsöndürən maşın, 5 su tankeri və 80 nəfər şəxsi heyət göndərilib. Briqadalar yanğının qarşısının alınması üçün tədbirlər görür.
//Nəzər.Media
