Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində keçirilən “İmişli”-“Zirə” oyunu başa çatdı. Gərgin keçən oyunda tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane oldular-“İmişli”-“Zirə”-1:1
xxxx
Oyunun 80-ci dəqiqəsində David Volkov “Zirə”nin bərabərlik topuna imza atdı-“İmişli”-“Zirə”-1:1
xxxx
“İmişli”-“Zirə” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “İmişli” 1:0 irəlidədir.
xxxx
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün açılış qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Zirə”ni qəbul edir. Möcüzələrə imza atan debütant “İmişli” bu oyunda növbəti möcüzəni reallaşdırmaq arzusundadır. “Zirə” matça növbəti üç xalını qazanmaq üçün çıxıb. Hakim Əli Əliyevin idarə etdiyi qarşılaşmada artıq oyunun 24-cü dəqiqəsində “İmişli” Dioqo Rollonun qolu ilə hesabı açdı-“İmişli”-“Zirə”-1:0
Bu gün bir qarşılaşma tutacaq.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da “Qəbələ”ni qəbul edəcək. “Qarabağ” meydana növbəti üç xalını qazanmaq üçün çıxacaq. “Qəbələ” isə matçda ən azından məğlub olmamaq haqqında düşünəcək.
Turun digər görüşləri sabah və Bazar günü keçiriləcək. Sabah iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. “Şirlər” doğma publika önündə qələbə qazanmaq istəyəcək. Keçən turda darmadağın olan Muxtar Respublika təmsilçisi də bu oyunda qələbə qazanmaq haqqında düşünəcək.
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sport Arena”da “Karvan-Yevlax”ı qəbul edəcək. Keçən tur mövsümdə ilk qələbəsini qazanan “ağ-qaralar” bu turda növbəti qələbəni qazanmaq istəyəcək. Qonaqlar isə qələbəyə ac olan “Neftçi”yə ən azından məğlub olmamaq haqqında düşünəcək.
Turun sonuncu görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında Qərb derbisi çərçivəsində “Turan Tovuz” “Azərsun Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. “Boz qurd” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. Nizami yurdunun təmsilçiləri isə bu oyunda mövsümdə ən azı ilk xallarını qazanmağa çalışacaq.
Günün və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. “Bayquşlar” matçda növbəti üç xallarını qazanmağa çalışacaq. “Kimyaçı”larda Masazırda qələbəyə sevinmək istəyirlər.
