ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsini bitirmə cəhdi boşa çıxmaqda davam edir. Nəzər.Media Türkiyənin “hürriyət” qəzetinə istinadən xəbər verir ki, Ukrayna yeni bir metoda əl atıb.
Ukrayanın əsas hədəfi neft ölkəsi olan Rusiyanı yanacaqsız qoymaqdır. Ukrayna ordusu Rusiyanın dərinliklərində olan Rusiyanın neft emal zavodlarına zərbələr endirib. Artıq 20 yaxın neft emal zavoduna zərbələr endirib. Ukrayna bu hücumlar zamanı PUA-lardan və uzun mənzilli roketlərdən istifadə edir.
//Nəzər.Media
