2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində keçirlən Azərbaycan-Ukrayna oyunu başa çatdı. Gərgin keçən martcda tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane oldu-Azərbaycan-Ukrayna-1:1
xxxx
Oyunun 72-ci dəqiqəsində Emin Mahmudov penaltidən Azərbaycan millisinin bərabərlik topuna imza atdı-Azərbaycan-Ukrayna-1:1
Oyunun 51-ci dəqiqə Ukrayna Georgiy Sudakovun qolu ilə hesabı açdı-Azərbaycan-Ukrayana-1:0
xxxx
Azərbaycan millisi “Tofiq Bəhramov adına Respublika Stadionu”nda 2026 Dünya Çempionatının Seçmə mərhələsi çərçivəsində Ukrayna millisini qəbul edir. İlk oyunda darmadağın olan millimiz bu oyunda azərkeşlərini sevindirməyə çalışır. İlk oyunda Fransaya məğlub olan Ukrayna millisi də Bakıya üç xal üçün gəlib. Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edir. Görüşün baş hakimi Vassilis Fotiasdır. Ona ədaləti təmsil etməkdə həmyerliləri Andreas Meintanas və Mixail Papadakis kömək edir. Görüşdə dördüncü hakim funksiyasını Anastasios Papapetru yerinə yetirir. VAR-da Angelos Evangelu və Yoannis Papadopulos kömək edir. Artıq oyunda ilk hissə arxada qalıb. İlk hissədən sonra tərəflərdən heç biri fərqlənə bilməyib-Azərbayan-Ukrayna-0:0
Qeyd edək ki, milli komandamız 2026-cı ildə keçirilən Dünya Çempionatının seçmə mərhələsinə Sentyabrın 5-də start verib. İlk olaraq millimiz səfərdə “Lauqardalsvollur” stadionunda İslandiya millisinin qonağı olub. Artıq oyunun 45+2-ci dəqiqəsində İslandiya Viktor Palssonun qolu ilə hesabı açıb-İslandiya-Azərbaycan-1:0. İlk hissə İslandiyanın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 47-ci dəqiqəsində İsaq Beqman Cohannason İslandiyanın ikinci topuna imza atıb-İslandiya-Azərbaycan-2:0.Oyunun 56-cı dəqiqəsində İsaq Beqman Cohannason dubl edərək özünün ikinci İslandiyanın üçüncü topuna imza atıb-İslandiya-Azərbaycan-3:0.Oyunun 67-ci dəqiqəsində Alber Gudmundsson İslandiyanın dördüncü topuna imza atıb-İslandiya-Azərbaycan-4:0. Oyunun 73-cü dəqiqəsində Kristan Hilinsson İslandiyanın beşinci topuna imza atıb-İslandiya-Azərbaycan-5:0. Bu oyunda vurulan son qol olub və millimiz matçda 5:0 darmadağın olub.
