• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Maraqlı

Uşağa şirniyyatı tam qadağan etmək olmaz - Dietoloq açıqladı

29 Sentyabr, 25 / 23:15
A A
Uşağa şirniyyatı tam qadağan etmək olmaz - Dietoloq açıqladı

Uşağın rasionundan tamamilə şirniyyatları çıxarmaq düzgün deyil.

Bunu rusiyalı dietoloq, RОSBİOTEХ Universitetinin dietologiya kafedrasının dosenti Anastasiya Lebedeva açıqlamasında bildirib.

“Uşaqların enerjiyə olan tələbatını ödəmək üçün karbohidratlar vacibdir və bu karbohidratların mənbələri yalnız çörək və taxıllar deyil, həm də şirniyyat, meyvə və tərəvəzdir”.

Lebedevanın sözlərinə görə karbohidratlar xüsusilə hərəkətli və fiziki fəallığı yüksək olan uşaqlar üçün vacibdir, çünki əzələlərin fəaliyyəti böyük enerji sərfiyyatı tələb edir. Meyvə, tərəvəz, meyvə-tərəvəz şirələri karbohidratlarla yanaşı, vitaminlər, mikroelementlər, pektin, lif və digər faydalı maddələr ehtiva edir, həzm sistemini yaxşılaşdırır və qəbizliyin qarşısını alır.

Uşağın qida davranışının ailədə formalaşdığını vurğulayan ekspert məsləhət görür ki, uşağı şirniyyata alışdırmaq lazım deyil.

Lebedeva bildirir ki, ibtidai məktəb yaşlı uşaqlar üçün gündəlik 10-15 qram şirniyyat kifayətdir, bu təxminən iki şokolad, peçenye və ya marmeladdır. Zefir və pastila isə daha şirindir, buna görə gündə bir ədəd kifayətdir. Həmçinin, şirniyyat ancaq yeməkdən sonra verilməlidir.

Qısaca desək, uşağın sağlam rasionunda şirniyyatlara yer olmalıdır, lakin miqdarına və zamanına diqqət yetirmək vacibdir.

//milli.az

Previous Post

Botoksdan sonra görmə və nitq pozuntusu riski artır

Next Post

İlham Əliyev: Azərbaycan ilə Çin arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişafı məmnunluq doğurur

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.