• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Gündəm

Vəfatından sonra yaşayan ümummilli liderimiz

12 Dekabr, 25 / 11:01
A A
Vəfatından sonra yaşayan ümummilli liderimiz

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Elə insanlar var ki, həyatda onların həyatı vəfatları ilə yekunlaşır. İlk üç gündə yaxınları, 40 gündən sonra isə ən yaxınları, bir ildən sonra isə ailə üzvləri onların yoxluğunu bəzən hiss etmirlər. Cismani ölən şəxslərin nə özləri, nə də əməlləri yaddaşlarda qalmır. Ancaq elə insanlar var ki, onlar cismani bizi tərk etsə də, hər zaman bizimlə yaşayır, onun sayəsində də biz yaşayırıq.

Bəli! Belə insanlardan birini də uca Tanrı Azərbaycan xalqına bəxş etmişdi. Həmin uca şəxs bizlərə nə bəxş etdi? Bu gün yaşadığımız güclü Azərbaycanı bizlərə bəxş etdi. Hər dəfə yox olmaqda olan məmləkətlərə, uçurumun kənarında olan xalqlara onların yox olmasını istəməyən Tanrı bir xilaskar göndərir. Fransızlar Şarl de Qoll, hindlilər Mahatma Qandi, qardaş türkiyəlilər Mustafa Kamal Atatürklə Tanrı tərəfindən mükafatlandırılmışdı. Çox şükürlər olsun ki, Tanrı bizləri də belə bir mükafatdan məhrum etmədi. Hər birinizə məlumdur ki, 1991-ci ildə müstəqilliyə çıxan ölkəmizin müstəqilliyini qoruması sual altında idi. Bir tərəfdən ermənilərin Dağlıq Qarabağa iddiası və hərbi hücumlarının qarşısının alına bilinməməsi, digər tərəfdən Surət Hüseynovun qiyamı, o biri tərəfdən Əlikram Hümbətov kimi vətən xainlərinin Talış-Muğan Respublikası yaratmaq kimi xam xəyalları ilə üz-üzə idi dövlətimiz. Bütün bunların fonunda isə çəkməçidən nazir, qarpız satandan Baş nazir, qoçudan Daxili İşlər naziri, dil bilməyən Xarici İşlər naziri ilə formalaşan səriştəsiz cəbhə hakimiyyəti baş verənlərin qarşısını almaqda aciz idi. Problemlər bitib-tükənmək bilmirdi. Ölkədə Haitinin hazırkı vəziyyəti kimi tam bir xaos hökm sürürdü. Bir çox qanunsuz silahlı dəstələr və cinayətkar qruplar meydan sulayırdı. Hərə özünü bir zonanın, bir məhəllənin ağası hesab edirdi. Bütün bunlara isə ölkədəki ağır iqtisadi vəziyyəti və xalqın sosial durumunu əlavə etsək, deyə bilərdik ki, artıq Azərbaycanın yox olmasına saylı günlər qalmışdı. Bazar iqtisadiyyatına keçən ölkəmizdə bu dəfə sahibkarlar kommunizmin sərt qaydaları ilə yox, cinayətkarların qanunsuz hədə və şantajları ilə üz-üzə idi. Müharibə aparan ölkənin ordusunun olmaması və ordu yaratmaq səriştəsinin cəbhə hakimiyyətində olmaması rayonlarımızın, şəhərlərimizin bir-bir işğalı ilə nəticələnirdi. Əlavə olaraq ölkənin dörd bir tərəfi öz doğma yurdlarını tərk etmiş qaçqınlarla dolu idi. Onsuz da iqtisadiyyatı çökmüş ölkəyə bir də bu problemin yaranması ölkəni çıxılmaz labirintə salırdı. Sərvətlərlə dolu olan, bərəkətli məmləkətimiz ölkədəki qeyri-sabitliyə görə xarici investorların diqqətini cəlb edə bilmirdi. Elementar diplomatik bacarıqları olmayan cəbhə məmurları investorları belə ölkəyə cəlb edə bilmirdi.

Ancaq uca Tanrı Azərbaycanın parçalanmasına, yox olmasına imkan vermədi. Tanrı bizə də xilaskar bəxş etmişdi. Tanrı Azərbaycanın yox olmasını, xalqının kölə olmasını istəmirdi. Beləcə xalqın təkidi ilə ümummilli liderimiz Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə gəldi. Bir çox xarici ekspertlər zənn edirdilər ki, Azərbaycanın özünə gəlməsi bir neçə onilliklər ərzində baş verə bilər. Ancaq peşəkarlıq, qətiyyət, Vətənə və xalqa sevgi ilə Heydər Əliyev ölkəmizdə sabitliyi ən qısa zamanda təmin etdi. 1994-cü ildə Ermənistanla atəşkəs imzalandı və dərin bir nəfəs alaraq ordu quruculuğuna start verildi. Buna qədər isə uğurlu Horadiz əməliyyatı baş tutmuşdu. Yeni 30 illik fasiləyə biz nəticə əldə edərək yollanmışdıq. Daha sonra ölkəmizin iqtisadi həyatını canlandıracaq və Heydər Əliyevin möhtəşəm idealarından olan Əsrin Müqaviləsi imzalanacaqdı. Hal-hazırda bir sabitlik adası olan məmləkətdə sabitliyin və əmin-amanlığın təməlləri məhz Heydər Əliyevin siyasi iradəsi ilə atılmışdı. O, hakimiyyətə gəldikdən sonra bütün qanunsuz silahlı dəstələri ləğv etdi, kriminal aləmin cinayətkar ünsürlərini zərərsizləşdirdi. Uzaqgörən rəhbərimiz xalqımızın gələcəyini onun bizləri cismani tərk edəcəyi günlərdə də düşünüb hərəkət edirdi. O, özündən sonra onun idealarını davam etdirəcək bir lider yetişdirmişdi. Məhz Heydər Əliyevin vəfatından sonra Azərbaycan Respublikasının Prezidenti seçilən cənab Prezident İlham Əliyev Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirə bildi. İlham Əliyev ulu öndərin ona miras qoyduğu strateji xətlərin hər birinə əməl edərək dövlətimizi regionun supergücünə çevirdi. Şuşa azad olunan zaman öz çıxışında cənab Prezident bunu qeyd etmişdi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim, Şuşanı azad etdim”.

Mən inanıram ki, təkcə Şuşanın azad olması deyil, Azərbaycanın dünyanın ən qüdrətli dövlətlərindən biri olması ümummilli liderimizin arzusu və oğluna vəsiyyəti olub. Bəli, bu gün Azərbaycan dövləti Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin sayəsində öz ərazi bütövlüyünü bərpa etmiş qüdrətli bir dövlətə çevrilmişdir. Bir zamanlar xəritədə yerinin belə bilinmədiyi, yox olmaq təhlükəsi ilə üz-üzə qalan məmləkətimizlə dünyanın supergücləri hesablaşmaq məcburiyyətindədir. Dövlətimizə ciddi yanaşılır, dövlətimizə böyük ehtiram göstərilir. Dünyanın bəlasına çevrilmiş Rusiya bir zamanlar heç bir dövlətdən üzr istəmədiyi halda bir zamanlar əsarətində olan dövlətdən üzr istəyir. Belə bir qüdrətli dövlətin təməllərini hər zaman bizimlə yaşayan ümummilli liderimiz Heydər Əliyev atmışdı.

// Nəzərbəy Hacıağayev, Nəzər.Media saytının baş redaktoru

Previous Post

İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

Next Post

İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.