
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Müğənni Türkan Vəlizadə ilə aparıcı Vüsalə Əlizadə arasında yaşanan gərginlik sona çatıb.
İfaçının meyxanaçılarla eyni efirdə yer almaqdan imtina etməsi səbəbindən aparıcı Vüsalə Əlizadə ilə aralarında qalmaqal yaranmışdı. Bu hadisə bir müddət mediada və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmişdi.
Lakin tərəflər arasındakı bu küsülülük uzun çəkməyib. Məlumata görə, aparıcı və müğənni verilişlərin birinin kulisində qarşılaşıb və aralarındakı küsülülüyə son qoyublar. Beləliklə, Türkan Vəlizadə ilə Vüsalə Əlizadə arasında olan soyuq münasibətlər aradan qalxıb, tərəflər “buzları əridiblər”.
//milli.az
