Dünən “Real Madrid” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda “Olimpik Marsel”i qəbul edib. Nəzər.Media Türkiyənin “sporx” saytına istinadən xəbər verir ki, 10 nəfərlə mübarizə aparan “Real Madrid” matçdan 2:1 qalib ayrılıb.
Oyundan sonra buraxılan yeganə qolda Türk futbolçu Arda Turanın səhvi ilə bağlı “Real Madrid”in baş məşqçisi jurnalistin sualını cavablandırıb.
“Ardanın səhfi ? Yaxşı başladı ancaq sonradan topa çox toxundu. Amma ondan və Frankodan rahatam.Belə davam etməliyik. Arda hələ öyrənir, inkişaf edir və zamanla daha yaxşı olacaq. Franko üçündə eyni qaydada. Oynadıqca inkişaf edəcəklər”-deyə Alonso bildirib.
//Nəzər.Media
