Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Bilecikdə baş verib.
Qəza zamanı yağışlı hava səbəbindən idarəeməni itirən sürücü avtomobili aşırıb. Hadisə zamanı iki nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
