Türkiyədə yanğın hadisəsi baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə Diyarbakırda baş verib.
Yanğın 3 mərtəbəli binanın sonuncu mərtəbəsində baş verib. Yanğın zamanı mənzildə olan qadın və onun 3 yaşlı övladı yaralanıb. Hadisə onun 2 yaşlı övladının ölmünə səbəb oldu. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
