Yaponiyanın Baş naziri İşiba Şiqeru istefa verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Baş nazir istefasının səbəbi kimi gələcək parlament seçkilərini göstərib.
Baş nazir həm də sədri olduğu Liberal Demokrat Partiyasının sədr postundan istefa verib. Yaponiyanın Baş naziri partiyasının arzuolunan səsi yığa bilmədiyi üçün peşman olduğunu bildirin. İşiba Şiqeru bu istefanın partiyada bölünmələrin qarşısının alınması üçün edildiyini bildirib.
//Nəzər.Media
