Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Tekirdağda baş verib.
Qəza zamanı yük maşını ilə toqquşan minik avtomobili zərbənin nəticəsində idarəetməni itirərək səkiyə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
