Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Elazığda baş verib.
Qəzada 3 avtomobil iştirak edib. Hadisə zamanı 1 nəfər yaralanıb. Yaralı şəxs dərhal xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
