Türkiyədə zəncirvari qəza baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Eskişəhərdə baş verib.
Qəza zamanı iki avtomobil toqquşub. Zərbənin nəticəsində avtomobillərdən biri parklanmış vəziyyətdə olan avtobusa çırpılıb. Qəza zamanı bir nəfər yaralanıb. Yaralı şəxs dərhal xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
