Türkiyədə zəncirvari yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Malatyada baş verib.
Qəzada TIR, minik avtomobili və avtobus iştirak edib. Hadisə zamanı 2 nəfər ölüb. Qəza 3 nəfərin yaralanmasına səbəb olub. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
