Türkiyədə zəncirvari yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Diyarbakırda baş verib.
Qəzada iki avtomobil, 1 TIR, 1 yük maşını və 1 mikroavtobus iştirak edib. Hadisə zamanı 3 nəfər ölüb. Qəza 7 nəfərin yaralanmasına səbəb olub. Hadisə zamanı yaralananlar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
