Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Koçaelidə baş verib.
Qəzada iki minik avtomobili və bir TIR iştirak edib. Hadisə zamanı 5 nəfər ölüb. Qəza 1 nəfərin yaralanmasına səbəb olub. Yaralı şəxs dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
