Cümə günü futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün açılışı olub. PFL bu günə bir qarşılaşma təyin edib.
Günün yeganə və turun sonuncu qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. “Mavi qartallar” doğma publika önündə qələbə qazanmaq istəyir. Avrokuboklarda darmadağın olaraq vidalaşan Muxtar Respublika təmsilçisi azərkeşlərin kölnünü almaq üçün bu oyunda qələbə qazanmağa cəhd edəcək. Hakim Rəvan Həmzəzadənin idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdu:
“Zirə”nin start heyəti:
97. Tiaqo Silva(GK)
32. Qismət Alıyev (C)
8. İsmayıl İbrahimli
29. Ceyhun Nuriyev
4. Ruan Renato
9. Davit Volkov
10. Giorgi Papunaşvili
20. İssa Cibrila
5. Ange Mutsinzi
11. Junior Martins
17. Ayron Qomis
“Zirə”nin ehtiyat oyunçuları:
41. Anar Nəzirov(GK)
31. Eldar Tərlanov
70. Namik Ələskərov
21. Hacıağa Hacılı
7. Rövlan Muradov
16. Fuad Bayramov
43. Əhliman Süleymanzadə
26. Stefan Aka
28. Leroy Mikels
77. Yeqor Boqomolski
“Zirə”nin baş məşqçisi:Rəşad Sadıqov
“Araz-Naxçıvan”ın start heyəti:
12. Kristian Avram(GK)
34. Urfan Abbasov (C)
3. Bəxtiyar Həsənalızadə
6. Patrik Andrade
29. Vanderson Melo
17. İssuf Paro
10. Felipe Santos
11. Ba-Muaka Simakala
77. Bruno Franko
70. Şarl Boli
19. Bar Kohen
“Araz-Naxçıvan”ın ehtiyat oyunçuları:
94. Tərlan Əhmədli(GK)
2. Qara Qarayev
5. Slavik Alxasov
4. Rahil Məmmədov
14. Ülvi İsgəndərov
26. Ömər Buludov
22. Elçin Mustafayev
24. Mustafa Əhmədzadə
23. Nuno Rodriqes
7. Hamidu Keyta
“Araz-Naxçıvan”ın baş məşqçisi: Elmar Baxşıyev
Qeyd edək ki, Futbol üzrə Azərbaycan Premyer Liqasının I turuna Cümə günü start verilib. Mövsümün açılış günüdə bir qarşılaşma baş tutub.
Günün yeganə qarşılaşmasında Yevlaxın “Karvan-Yevlax” klubu “Şamaxı Şəhər Stadionu”nda “Qəbələ”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Karvan-Yevlax”-“Qəbələ”-1:1. Oyunun 64-cü dəqiqəsində “Qəbələ” Domi Massumoqolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Qəbələ”-1:0. Oyunun 78-ci dəqiqəsində “Karvan-Yevlax” “Qəbələ”nin heyətindən Murad Musayevin avtoqolu ilə hesabı bərabərləşdirib-“Karvan-Yevlax”-“Qəbələ”-1:1. Bu oyunda vurulan son qol olub və tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane olublar-“Karvan-Yevlax”-“Qəbələ”-1:1
Şənbə günü iki qarşılaşma baş tutub.
Günün açılış oyununda “İmişli” “Şamaxı Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bittib-“İmişli”-“Turan Tovuz”-0:0.Oyunun 90+9 dəqiqəsində “Turan Tovuz” Roberto Olabenin qolu ilə hesabı açıb-“İmişli”-“Turan Tovuz”-0:1. Bu görüşdə vurulan son qol olub və “Turan Tovuz” matçdan 0:1 qalib ayrılaq mövsümə 0:1 qalib başlayıb.
Günün qarşılaşmasında “Neftçi” “Neftçi Arena”da “Şamaxı”nı qəbul edib. Artıq oyunun 23-cü dəqiqəsində “Şamaxı” Karim Rossinin qolu ilə hesabı açıb-“Neftçi”-“Şamaxı”-0:1. Oyunun 45+2-ci dəqiqəsində Emin Mahmudov penaltidən “Neftçi”nin bərabərlik topuna imza atıb-“Neftçi”-“Şamaxı”-1:1. Görüşün ilk hissəsi tərəflərin hərəyə bir dəfə fərqənməsi ilə başa çatıb-“Neftçi”-“Şamaxı”-1:1. İkinci hissəsdə heç bir qol olmayıb və ilk hissəsnin nəticəsi oyunun nəticəsi olub. Beləcə tərəflər hərəyə bir dəfə fərqəndiyi oyunda bir xala qane olublar-“Neftçi”-“Şamaxı”-1:1.
Bazar günü bir qarşılaşma baş tutub.
Günün yeganə oyununda gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib.Artıq oyunun 14-cü dəqiqəsində “Sumqayıt” Rüstəm Əhmədzadənin qolu ilə hesabı açıb- “Sumqayıt”-“Kəpəz”-1:0. Oyunun 26-cı dəqiqəsində Aleksandr Ramalinqom “Sumqayıt”ın ikinci topuna imza atıb-“Sumqayıt”-“Kəpəz”-2:0. Oyunun 37-ci dəqiqəsində Aleksa Yankoviç “Sumqayıt”ın üçüncü topuna imza atıb-“Sumqayıt”-“Kəpəz”-3:0. İlk hissə “Sumqayıt”ın 3:0 üstünlüyü ilə başa çatıb. Oyunun ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub-“Sumqayıt”-“Kəpəz”-3:0. Beləcə “Sumqayıt” mövsümdə ilk üç xalını üç cavabsız qolla qazanıb-“Sumqayıt”-“Kəpəz”-3:0.
