• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Zirə" növbəti qəbələsini qazandı-YENİLƏNİB-2

22 Noyabr, 25 / 19:34
A A
"Zirə" "Qəbələ"ni qəbul edəcək-START HEYƏTLƏR

Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində keçirilən “Zirə”-“Qəbələ” oyunu başa çatdı. Gərgin keçən oyun 1:0 “Zirə”nin xeyrinə başa çatdı.

xxx

“Zirə”-“Qəbələ” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Zirə” 1:0 hesabda irəlidədir.
xxxx
Dünən futbol üzrə Azərbaycan milli komandasının 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyi oyunlarla əlaqdar yaranmış fasilədən sonra Azərbaycan Premyer Liqasında XII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stdadionu”nda “Qəbələ”ni qəbul edir. “Mavi qartallar” bu oyunda növbəti qələbəsini qazanmağa çalışır. “Qəbələ” isə ən azından məğlub olmamaq haqqında düşünür. Hakim Elvin Bayramovun idarə etdiyi qarşılaşmada artıq oyunun 45+3-cü dəqiqəsində “Zirə” Ruan Renatonun penaltidən qolu ilə hesabı açdı-“Zirə”-“Qəbələ”-1:0

Turun digər görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Şamaxı”nı qəbul edəcək. “Bayquşlar” bu oyunda üç xal qazanmağa çalışacaq. “Şamaxı” isə bu oyunda ən azında məğlub olmamaq haqqında düşünəcək.

Günün və turun sonuncu oyununda “Neftçi” Palms Sports Arena”da “İmişli”ni qəbul edəcək. “Ağ-qaralar” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. “İmişli” isə mövsümdə ikinci dəfə “Neftçi”dən alamağa çalışacaq.

Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XII turuna dünən start verilib. Açılış günündə iki qarşılaşma baş verib.

Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Yevlax Şəhər Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Artıq oyunun 14-cü dəqiqəsində “Kəpəz” Luis Paçunun qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Kəpəz”-0:1.Oyunun 31-ci dəqiqəsində Araz Abdullayev “Karvan-Yevlax”ın bərabərlik topuna imza atıb-“Karvan-Yevlax”-“Kəpəz”-1:1. Oyunun ilk hissəsi tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-“Karvan-Yevlax”-“Kəpəz”-1:1.Oyunun 76-cı dəqiqəsində Rauf Hüseynli penaltidən “Kəpəz”in ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Karvan-Yevlax”-“Kəpəz”-1:2. Bu oyunda vurulan son qol oldu və “Kəpəz” matçdan 1:2 qalib ayrılıb.

Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Qarabağ”ı qəbul edib.Artıq oyun 6-cı dəqiqəsində “Qarabağ” Leandra Andradenin qolu ilə hesabı açıb-“Sumqayıt”-“Qarabağ”-0:1. Oyunun 30-cu dəqiqəsində Höcət Haqverdi “Sumqayıt”ın bərabərlik topuna imza atıb-“Sumqayıt”-“Qarabağ”-1:1. Oyunun 42-ci dəqiqəsində Toral Bayramov “Qarabağ”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Sumqayıt”-“Qarabağ”-1:2. İlk hissə “Qarabağ”ın 1:2 üstünüüyü ilə başa çatıb. Oyunun 59-cu dəqiqəsində “Sumqayıt” azlıqda qaldı. Komandanın heyətində Rayan Senhadji ikinci sarı vərəqəni alaraq meydandan qovulub-“Sumqayıt”-“Qarabağ”-1:2. Oyunun 63-cü dəqiqəsində Abdullah Zubir “Qarabağ”ın üçüncü topuna imza atıb-“Sumqayıt”-“Qarabağ”-1:3. Oyunun 83-cü dəqiqəsində Nsana Simon “Sumqayıt”ın ikinci topuna imza atıb-“Sumqayıt”-“Qarabağ”-2:3. Oyunun 90+3-cü dəqiqəsində Aleksey Kaşuk “Qarabağ”ın dördüncü topuna imza atıb-“Sumqayıt”-“Qarabağ”-2:4. Bu oyunda vurulan son qol olub və “Qarabağ” matçdan 2:4 qalib ayrılıb.

Bu gün bir qarşılaşma baş tutub.

Bu görüşdən əvvəl “Araz-Naxçıvan” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edib. Artıq oyunun 21-ci dəqiqəsində “Araz-Naxçıvan” Ba-Muaka Simakalanın qolu ilə hesabı açıb-“Araz-Naxçıvan”-“Turan Tovuz”-1:0. Görüşün ilk hissəsi “Araz-Naxçıvan”ın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 78-ci dəqiqəsində Ayxan Hüseynov “Turan Tovuz”un bərabərlik topuna imza atıb-“Araz-Naxçıvan”-“Turan Tovuz”-1:1. Bu oyunda vurulan son qol oldu və tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane oldular-“Araz-Naxçıvan”-“Turan Tovuz”

 

Previous Post

“Azərişıq” ASC Ağdamın elektrik şəbəkəsini yeniləyir

Next Post

Samirə Erməni təmsilçiyə ən yüksək xalı verdi - VİDEO

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.