Azərbaycan Premyer Liqasının III turu çərçivəsidə keçirilən “Zirə”-“Kəpəz” oyunu başa çatdı. Matç “Zirə”nin 5:0 xeyrinə başa çatdı
xxxxx
Oyunun 83-cü dəqiqəsində David Volkov “Zirə”nin beşinci topuna imza atdı-“Zirə”-“Kəpəz”-5:0
xxxx
Oyunun 77-ci dəqiqəsində Yeqor Boqomolski “Zirə”nin dördüncü topuna imza atdı-“Zirə”-“Kəpəz”-4:0
xxxx
“Zirə”-“Kəpəz” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Zirə” 3:0 hesabda irəlidədir.
xxx
Oyunun 41-ci dəqiqəsində Martins Junior “Zirə”nin üçüncü topuna imza atdı-“Zirə”-“Kəpəz”-3:0
xxxx
Oyunun 32-ci dəqiqəsində İssa Cibrilla “Zirə”nin ikinci topuna imza atdı-“Zirə”-“Kəpəz”-2:0
xxxx
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
İlk olaraq “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edir.”Mavi qartallar doğma publika önündə ikinci qələbələrini qazanmağa çalışır. İki turdur məğlub olan Nizami yurdunun təmsilçiləri bu oyunda ən azı mövsümdə ilk xallarını qazanmağa çalışır. Hakim Kamranbəy Rəhimovun idarə etdiyi qarşılaşmada artıq oyunun 14-cü dəqiqəsində “Zirə” Qismət Alıyevin qolu ilə hesabı açdı-“Zirə”-“Kəpəz”-1:0
Günün ikinci qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena” “Qəbələ”ni qəbul edəcək. Muxtar Respublika təmsilçisi bu oyunda movsümdə ikinci qələbəsini qazanmağa çalışacaq. “Qəbələ” isə bu matçda ən azı məğlub olmamaq haqqında düşüncək.
Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Şamaxı Şəhər Stadionu”nda Ağdamın “Qarabağ” klubunu qəbul edəcək. UEFA Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanan “köhlən atlar” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. Yevlaxlılar isə bu oyunda ən azı məğlub olmamaq haqqında düşünəcək.
Günün və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “İmişli”ni qəbul edəcək. “Bayquşlar” doğma publika önünüdə ikinci qələbələrini qazanmağa çalışacaq. “İmişli” isə bu oyunda məğlub olmamaq haqqında düşünəcək.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasında III tura dünən start verilib. Açılış günündə iki qarşılaşma baş tutub.
Günün və turun ilk qarşlaşmasında “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Sumqayıt”-“Şamaxı”-0:0.Oyunun 63-cü dəqiqəsində “Şamaxı”nın heyətindən Rikardo Apolinarionun avtoqulu ilə “Sumqayıt” hesabı açıb-“Sumqayıt”-“Şamaxı”-0:1.Oyunun 75-ci dəqiqəsində Edqard Adilxanov “Şamaxı”nın bərabərlik topuna imza atıb-“Sumqayıt”-“Şamaxı”-1:1. Bu görüşdə sonuncu qol olub və tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane olub-“Sumqayıt”-“Şamaxı”-1:1
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sport Arena”da “Turan Tovuz”u qəbul edib. Artıq oyunun 6-cı dəqiqəsində “Turan Tovuz” Roberto Olabenin qolu ilə hesabı açıb-“Neftçi”-“Turan Tovuz”-0:1. Görüşün ilk hissəsi “Turan Tovuz”un 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 57-ci dəqiqəsində “Neftçi” azlqıda qaldı. Komandanın heyətində İqor Riberya qırmızı vərəqə alaraq meydandan qovuldu-“Neftçi”-“Turan Tovuz”-0:1. Bu matçda yadda qalan son hadisə oldu və ilk hissənin nəticəsi oyunun nəticəsi oldu- “Neftçi”-“Turan Tovuz”-0:1.
