Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində keçirilən “Zirə”-“Sumqayıt” oyunu başa çatdı. Gərgin keçən matç 1:0 “Zirə”nin xeyrinə başa çatdı.
xxxx
“Zirə”-“Sumqayıt” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Zirə” 1:0 hesabı ilə öndədir.
xxxx
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Kompleksinin Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edir. Keçən tur darmadağın olan “mavi qartallar” bu oyunda növbəti qələbə qazanmağa çalışır. “Kimyaçılar”da matça üç xal üçün çıxıb. Hakim Rauf Cabarovun idarə etdiyi qarşılaşmada artıq oyunun 37-ci dəqiqəsində “Zirə” Brahim Konatenin qolu ilə hesabı açdı-“Zirə”-“Sumqayıt”-1:0
Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Qəbələ” “Qəbələ şəhər stadionu”nda “Neftçi”ni qəbul edəcək. “Qəbələ” doğma publika üçündə növbəti xalını qazanmağa çalışacaq. Liderler qrupundan çox uzaqda olan “Neftçi” isə bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq.
Günün və turun sonuncu oyununda isə “Qarabağ” “Azərsun Arena”da “Şamaxı”nı qəbul edəcək. “Köhlən atlar” matçda növbəti qələbəsini qazanmağa çalışacaq. “Şamaxı”ı isə bu matçda ən azı məğlub olmamaq haqqında düşüncək.
Dünən iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Şamaxı Şəhər Stadionu”nda “Karvan-Yevlax” “Turan Tovuz”u qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Karvan-Yevlax”-“Turan Tovuz”-0:0. Oyunun 69-cu dəqiqəsində “Karvan-Yevlax” Şakil Snonun qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Şamaxı”-1:0. Oyunun 71-ci dəqiqəsində Alexandro Serranonun “Turan Tovuz”un bərabərlik topuna imza atıb-“Karvan-Yevlax”-“Şamaxı”-1:1.Oyunun 77-ci dəqiqəsində Filip Ozobiç “Turan Tovuz”un ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Karvan-Yevlax”-“Şamaxı”-1:2. Bu oyunda vurulan son qol olub və “Turan Tovuz” matçdan 1:2 qalib ayrılıb.
Günün ilkinci qarşılaşmasında “Kəpəz” “Qəbələ Şəhər Stadionu”nda “İmişli”ni qəbul edib.Artıq oyunun 25-ci dəqiqəsində “Kəpəz” azlıqda qalıb. Komandanın heyətində Məmməd Hüseynov qırmızı vərəqə alaraq meydandan qovulub-“Kəpəz”-“İmişli”-0:0. Oyunun 45+3-cü dəqiqəsində “İmişli” Luis Silvestrin qolu ilə hesabı açıb-“Kəpəz”-“İmişli”-0:1. İlk hissə “İmişli”nin 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 60-cı dəqiqəsində Dioqo Almeyda “İmişli”nin ikinci topuna imza atıb-“Kəpəz”-“İmişli”-0:2.Oyunun 85-ci dəqiqəsində Rafael Vieqaş “İmişli”nin üçünücü topuna imza atıb-“Kəpəz”-“İmişli”-0:3. Bu oyunda vurulan son qol olub və “İmişli” üç xalı üç cavabsız qolla qazanıb-“Kəpəz”-“İmişli”-0:3.
Bu gün bir qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Bank Respublika Arena”da “Sabah”ı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Araz-Naxçıvan”-“Sabah”-0:0.Oyunun 54-cü dəqiqəsində “Sabah” Stiv Solvetin qolu ilə hesabı açıb-“Araz-Naxçıvan”-“Sabah”-0:1. Oyunun 59-cu dəqiqəsində İssuf Paro “Araz-Naxçıvan”ın bərabərlik topuna imza atıb-“Araz-Naxçıvan”-“Sabah”-1:1.Oyunun 73-cü dəqiqəsində Coy Lens Mikels penltidən “Sabah”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Araz-Naxçıvan”-“Sabah”-1:2. Oyunun 90+9-cu dəqiqəsində Ba-Muaka Simakala “Araz-Naxçıvan”ın bərabərlik topuna imza ataraq hesabı bərabərləşdirib-“Araz-Naxçıvan”-“Sabah”-2:2. Bu oyunda vurulan son qol oldu və tərəflər hərəyə iki dəfə fərqlənməklə bir xala qane oldu-“Araz-Naxçıvan”-“Sabah”-2:2.
