Dünən futbol üzrə Azərbaycan milli komandasının 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyi oyunlarla əlaqdar yaranmış fasilədən sonra Azərbaycan Premyer Liqasında XII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stdadionu”nda “Qəbələ”ni qəbul edəcək. “Mavi qartallar” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. “Qəbələ” isə ən azından məğlub olmamaq haqqında düşünəcək. Hakim Elvin Bayramovun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:
“Zirə”nin start heyəti:
97. Tiaqo Silva(GK)
32. Qismət Alıyev (C)
26. Stefan Aka
4. Ruan Renato
28. Leroy Mikels
10. Giorgi Papunaşvili
30. Rikardo Martins
20. İssa Cibrila
93. Brahim Konate
11. Junior Martins
17. Ayron Qomis
“Zirə”nin ehtiyat oyunçuları:
13. Aydın Bayramov(GK)
41. Anar Nəzirov(GK)
70. Namik Ələskərov
21. Hacıağa Hacılı
8. İsmayıl İbrahimli
7. Rövlan Muradov
16. Fuad Bayramov
14. Elçin Əlicanov
29. Ceyhun Nuriyev
25. Enrike Kustodio
77. Yeqor Boqomolski
6. Eldar Quliyev
“Zirə”nin baş məşqçisi:Rəşad Sadıqov
“Qəbələ”nin start heyəti:
1. Səlahət Ağayev(GK)
28. Murad Musayev (C)
13. Nicat Əliyev
74. Süleyman Damadayev
10. Şahin Şahniyarov
27. Eşqin Əhmədov
12. İbrahim Sanqare
50. Adriel Ba Loua
6. Xayme Syerra
16. İsaak Amoah
14. Domi Massumo
“Qəbələ”nin ehtiyat oyunçuları:
94. Həbib Hüşənov(GK)
11. Asif Məmmədov
22. Fərid İsgəndərov
97. Elşad Tağıyev
66. Nuğay Rəşidov
26. Elnur Mustafayev
17. Qədir Ramazanov
21. Ziya Şəkərxanov
70. Paulo Quimbila
30. Prins Ovusu
“Qəbələ”nin baş məşqçisi: Kaxaber Tsxadadze
Turun digər görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Şamaxı”nı qəbul edəcək. “Bayquşlar” bu oyunda üç xal qazanmağa çalışacaq. “Şamaxı” isə bu oyunda ən azında məğlub olmamaq haqqında düşünəcək.
Günün və turun sonuncu oyununda “Neftçi” Palms Sports Arena”da “İmişli”ni qəbul edəcək. “Ağ-qaralar” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. “İmişli” isə mövsümdə ikinci dəfə “Neftçi”dən alamağa çalışacaq.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XII turuna dünən start verilib. Açılış günündə iki qarşılaşma baş verib.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Yevlax Şəhər Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Artıq oyunun 14-cü dəqiqəsində “Kəpəz” Luis Paçunun qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Kəpəz”-0:1.Oyunun 31-ci dəqiqəsində Araz Abdullayev “Karvan-Yevlax”ın bərabərlik topuna imza atıb-“Karvan-Yevlax”-“Kəpəz”-1:1. Oyunun ilk hissəsi tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-“Karvan-Yevlax”-“Kəpəz”-1:1.Oyunun 76-cı dəqiqəsində Rauf Hüseynli penaltidən “Kəpəz”in ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Karvan-Yevlax”-“Kəpəz”-1:2. Bu oyunda vurulan son qol oldu və “Kəpəz” matçdan 1:2 qalib ayrılıb.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Qarabağ”ı qəbul edib.Artıq oyun 6-cı dəqiqəsində “Qarabağ” Leandra Andradenin qolu ilə hesabı açıb-“Sumqayıt”-“Qarabağ”-0:1. Oyunun 30-cu dəqiqəsində Höcət Haqverdi “Sumqayıt”ın bərabərlik topuna imza atıb-“Sumqayıt”-“Qarabağ”-1:1. Oyunun 42-ci dəqiqəsində Toral Bayramov “Qarabağ”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Sumqayıt”-“Qarabağ”-1:2. İlk hissə “Qarabağ”ın 1:2 üstünüüyü ilə başa çatıb. Oyunun 59-cu dəqiqəsində “Sumqayıt” azlıqda qaldı. Komandanın heyətində Rayan Senhadji ikinci sarı vərəqəni alaraq meydandan qovulub-“Sumqayıt”-“Qarabağ”-1:2. Oyunun 63-cü dəqiqəsində Abdullah Zubir “Qarabağ”ın üçüncü topuna imza atıb-“Sumqayıt”-“Qarabağ”-1:3. Oyunun 83-cü dəqiqəsində Nsana Simon “Sumqayıt”ın ikinci topuna imza atıb-“Sumqayıt”-“Qarabağ”-2:3. Oyunun 90+3-cü dəqiqəsində Aleksey Kaşuk “Qarabağ”ın dördüncü topuna imza atıb-“Sumqayıt”-“Qarabağ”-2:4. Bu oyunda vurulan son qol olub və “Qarabağ” matçdan 2:4 qalib ayrılıb.
