Bu gün futbol üzrə Azərbaycan 2-ci liqasında mövsümə start verilib. PFL bu günə üç qarşılaşma təyin edib.
Günün və mövsümün açılış oyununda “Şəki” “Zaqatala OİK stadionu”nda “Ağdaş”ı qəbul edib. Qarşılaşmanı Samir Musayev idarə edib.
“Şəki”-“Ağdaş”-4:2
Qollar: 32.Vasif Nəsirov(ö.q)(1:1), 49.Luka Beraşvili(2:1), 61.Tural Məmmədzadə(3:1),72.Tural Məmmədzadə(4:1) // 25.Nail Təhməzli(0:1), 72. Elçin Süleymanov(4:2)
Qırmızı vərəqələr: //
İkinci oyunda “Qaradağ Lökbatan” “Lökbatan OİK stadionu”unda “Hypers”i qəbul edib. Qarşılaşmanı Nahid Xasıyev idarə edib.
“Qaradağ Lökbatan”-“Hypers”-2:1
Qollar: 13.Əjdər Hacılı(1:0), 38.İsa Zeynallı(p)(2:0) // 70. Ceyhun Rəcəbli(2:1)
Qırmızı vərəqələr: // 54. Vüqar Əşrafli(II sarı)
Üçüncü qarşılaşmada “Şirvan” “Şirvan OİK stadionu”nda “Kür Araz”ı qəbul edib. Qarşılaşmanı Kamil Aydınov idarə edib.
“Şirvan”-“Kür-Araz”-6:1
Qollar: 16. Amil Yunanov(p)(1:0), 37. Amil Yunanov(2:0), 55.Mehman Məsimov(3:1),77.Çingiz Məmmədov(4:1), 85.Qədir Həsənov(5:1),88 Cavid Əliyev(6:1) // Bayram Əliyev 2:1.
Qırmızı vərəqələr //
Sabah daha üç qarşılaşma baş tutacaq.
I qarşılaşmada “Şəmkir” “Şamaxı OİK stadionu”nda “Marafon”u qəbul edəcək. Görüşü Rəsul Babayev idarə edəcək.
II qarşılaşmada “Difai” “Palms Sports FM (IV m.)”da “Dinamo”nu qəbul edəcək. Qarşılaşmanı Pərviz İbrahimov idarə edəcək.
III qarşılaşmada isə “Zəngəzur” “Binə qəsəbə stadionu”nda “Ağstafa Gəncləri”ni qəbul edəcək. Qarşılaşmanı Hacıağa Həsənov idarə edəcək.
