Bu gün 2-ci liqada I tura yekun vurulub.
Qeyd edək ki, II liqada mövsümə dünən start verilib. PFL dünənə üç qarşılaşma təyin edib.
Günün və mövsümün açılış oyununda “Şəki” “Zaqatala OİK stadionu”nda “Ağdaş”ı qəbul edib. Qarşılaşmanı Samir Musayev idarə edib. Matç 4:2 “Şəki”nin xeyrinə başa çatıb.
“Şəki”-“Ağdaş”-4:2
Qollar: 32.Vasif Nəsirov(ö.q)(1:1), 49.Luka Beraşvili(2:1), 61.Tural Məmmədzadə(3:1),72.Tural Məmmədzadə(4:1) // 25.Nail Təhməzli(0:1), 72. Elçin Süleymanov(4:2)
Qırmızı vərəqələr: //
İkinci oyunda “Qaradağ Lökbatan” “Lökbatan OİK stadionu”unda “Hypers”i qəbul edib. Qarşılaşmanı Nahid Xasıyev idarə edib. Matç 2:1 “Qaradağ Lökbatan”ın xeyrinə başa çatıb.
“Qaradağ Lökbatan”-“Hypers”-2:1
Qollar: 13.Əjdər Hacılı(1:0), 38.İsa Zeynallı(p)(2:0) // 70. Ceyhun Rəcəbli(2:1)
Qırmızı vərəqələr: // 54. Vüqar Əşrafli(II sarı)
Üçüncü qarşılaşmada “Şirvan” “Şirvan OİK stadionu”nda “Kür Araz”ı qəbul edib. Qarşılaşmanı Kamil Aydınov idarə edib. Matç 6:1 “Şirvan”ın xeyrinə başa çatıb.
“Şirvan”-“Kür-Araz”-6:1
Qollar:16. Amil Yunanov(p)(1:0), 37. Amil Yunanov(2:0), 55.Mehman Məsimov(3:1),77.Çingiz Məmmədov(4:1), 85.Qədir Həsənov(5:1),88 Cavid Əliyev(6:1) // Bayram Əliyev 2:1.
Qırmızı vərəqələr //
Bu gün isə daha üç qarşılaşma baş tutub.
I qarşılaşmada “Şəmkir” “Şamaxı OİK stadionu”nda “Marafon”u qəbul edib. Görüşü Rəsul Babayev idarə edib. Matda tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane olub.
“Şəmkir”-“Marafon”-1:1
Qollar:34. Haqverdi Həsənov(1:0) // Əşrəf Ələkbərli(1:1)
Qırmızı vərəqələr: //
II qarşılaşmada “Difai” “Palms Sports FM (IV m.)”da “Dinamo”nu qəbul edib. Qarşılaşmanı Pərviz İbrahimov idarə edib.Matç 1:3 “Dinamo”nun xeyrinə başa çatıb.
“Difai”-“Dinamo”-1:3
Qollar: 90+1. Enar Ağalarov(1:3) //16. Zöhrab Bayramov(0:1),45+1.Valeh Seyidov(0:2),62.Valeh Seyidov(p)(0:3)
Qırmızı vərəqələr: //
III qarşılaşmada isə “Zəngəzur” “Binə qəsəbə stadionu”nda “Ağstafa Gəncləri”ni qəbul edib. Qarşılaşmanı Hacıağa Həsənov idarə edib. Matçda “Ağstafa Gəncləri” 3:4 qalib gəlib.
“Zəngəzur”-“Ağstafa Gəncləri”-3:4
Qollar:20.Rövşən Şahmuradov(1:1)28.Rövşən Şahmuradov(2:2)89. Elgün Abbaslı(p)(3:4) //3.Elçin Qasımov(0:1),23.Elçin Qasımov(1:2),40.Elçin Qasımov(2:3),58. Elçin Qasımov(2:4)
Qırmızı vərəqələr: //
