Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq yarışda 10 ölkədən 87 klubu təmsil edən 329 cüdoçu (281 oğlan, 48 qız) qüvvəsini sınayacaq.
Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə idmançılar U-14 və U-16 yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.
Qeyd edək ki, 24-26 iyul tarixlərində yarış iştirakçıları üçün Kodokan mütəxəssisi, ikiqat Olimpiya mükafatçısı, üçqat dünya çempionu Misato Nakamura və Olimpiya mükafatçısı Mariya Çentrakkionun rəhbərliyi ilə texniki seminarlar təşkil olunacaq.
