El Salvadorda Mara Salvatruça üzvlərinə qarşı genişmiqyaslı məhkəmə prosesi davam edir. Nəzər.Media “NTV Haber”ə istinadən xəbər verir ki, ryni iş üzrə 486 şübhəli, o cümlədən 22 yüksək səviyyəli lider mühakimə olunur.
Onların 2012–2022-ci illərdə törədildiyi iddia olunan 47 minə yaxın cinayətdə iştirak etdiyi bildirilir. Hakimiyyət bu qruplaşmanı kütləvi qətllər də daxil olmaqla ağır cinayətlərdə günahlandırır. Prezident Nayib Bukele isə 2022-ci ildən bəri cinayyətkar dəstələrə qarşı fövqəladə vəziyyət rejimi tətbiq edib.
//Nəzər.Media
