• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Fuad Əsgərov: “Həkimə verilən dəyər cəmiyyətimizin inkişafına verilən dəyərdir”

02 Sentyabr, 26 / 16:43
A A
Fuad Əsgərov: “Həkimə verilən dəyər cəmiyyətimizin inkişafına verilən dəyərdir”

Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov səhiyyə sahəsində çalışan insanların əməyinin layiqincə qiymətləndirilməsinin vacibliyini vurğulayıb.Fuad Əsgərov Nəzər.Media saytına bildirib ki, həkimlər və digər səhiyyə işçiləri cəmiyyətin sağlamlığının qorunmasında mühüm rol oynayırlar.

Onun sözlərinə görə, səhiyyə sahəsində fəaliyyət göstərən insanların əməkhaqlarının artırılması onların əməyinə verilən dəyərin mühüm göstəricilərindən biridir.

“Həkimə verilən dəyər cəmiyyətimizin inkişafına verilən dəyər deməkdir. Səhiyyə sahəsində fəaliyyət göstərən insanların əməkhaqlarının artırılması və onların sosial rifahının yaxşılaşdırılması təqdirəlayiq addımdır. Bu qərar vətəndaş cəmiyyəti tərəfindən də böyük rəğbətlə qarşılanır”, – deyə Fuad Əsgərov qeyd edib.

Assosiasiya sədrinin sözlərinə görə, səhiyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi onların peşə fəaliyyətinə müsbət təsir göstərməklə yanaşı, səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə də xidmət edir.

Fuad Əsgərov əlavə edib ki, tibb işçilərinin əməyinin stimullaşdırılması, onların layiqli əmək şəraitinin və sosial təminatının daha da yaxşılaşdırılması səhiyyə sisteminin davamlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

//Nəzər.Media

Previous Post

Prezident İlham Əliyev 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb

Next Post

Prezident İlham Əliyev: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.